[0:00]Salam dəyərli tələbələr, bu gün sizlərə kompyuter şəbəkələri mövzusu barəsində danışacam. Əvvəlcə kompyuter şəbəkələri nədir və ya şəbəkə nədir? Birinci buna baxaq.
[0:14]İki və daha artıq kompyuterin informasiya mübadiləsi üçün rabitə qurğuları vasitəsilə birləşdirilməsinə kompyuter şəbəkəsi deyilir. Ən azı iki kompyuter olmalıdır ki, biz bu iki kompyuter arasında müəyyən bir qurğular vasitəsilə şəbəkə yaradaq. Və gördüyünüz kimi, animasiyadan da görürük ki, bir şəbəkədir. Həmin şəbəkə dörd kompyuter var və bunlar birbiri ilə qarşılıqlı əlaqədədir. Nə üçün kompyuter şəbəkələrinin yaranmasına ehtiyac var idi? Çünki bir şirkət düşünün, həmin şirkətdə yüzlərlə işçi işləyir və bir nəfər demək olar ki, bütün işçilərlə danışmaq istəyir və yaxud müəyyən bir informasiya mübadiləsi aparmaq istəyir. İnformasiyanı alıb ötürmək istəyir, məhz buna görə kompyuterlər birbiri ilə əlaqəli olmalıdır. Bu cür əlaqəni yaratmaq üçün də biz kompyuter şəbəkələrindən istifadə edirik və bunun da bir neçə təsnifatı var. Kompyuter şəbəkələri aşağıdakı meyarlara görə təsnif olunur: məsafəyə görə, daha sonra topologiyaya görə. Topologiya kompyuterlərin bir-birinə birləşmə sxemi və ya strukturu adlanır. Təyinatına görə, göstərdiyi xidmətlərin sayına görə, bir də ərazi ölçüsünə görə və yaxud kompyuter şəbəkəsi hansı əhatə dairəsinə malik olsun. Məhz burada əsas kateqoriya kimi biz əhatə ölçüsünə görə kompyuter şəbəkələrini iki yerə ayırırıq. Birinci lokal şəbəkələrdir, yerli şəbəkələr də deyirlər. İngiliscədən Local Area Network, baş hərflərini də bir yerdə deməli bu cür yazsaq LAN alınır, lokal şəbəkələr adlanır. Lokal şəbəkələr hər hansısa bir müəssisə daxilində ola bilər, bir universitet daxilində ola bilər və yaxud bir otaqda kompyuterlər arasında lokal şəbəkə yarada bilərsiniz. Yəni burada ərazi bir o qədər çox olmur. Qlobal şəbəkələr isə gördüyünüz kimi dünya səviyyəsində hətta biz qlobal şəbəkələri istifadə edirik. Bunun da ən bariz nümunəsi internet şəbəkəsidir. Bu da ingiliscədən Wide Area Network. Wide geniş deməkdir, yəni geniş ərazini əhatə edən şəbəkə deməkdir. Gördüyünüz kimi bu hissədə bir materikdən digər materikə doğru biz şəbəkədə istifadə edə bilərik. Lokal şəbəkələr haqqında danışsaq, lokal şəbəkələrin əsas xüsusiyyətləri bunlardır. Əhatə dairəsinin radiusu 1-2 km-dən çox olmayan kompyuter şəbəkələrinə aid edirlər. Düzdür, lokal şəbəkələrin əhatə dairəsini 10 km-lərə qədər çıxartmaq olur. Lakin bu tətbiqdə, praktikada çox istifadə olunmur. Nadir hallarda rast gəlinir. Çünki lokal şəbəkələrdə biz qeyd eləyəcəyik ki, əsasən naqillərdən, kabellərdən istifadə edirlər. Və siz təsəvvür edin ki, kabelləri 10 km-lərlə çəkilməsi çox baha başa gələr. Bu da əsas çatışmazlıqlarından biri kimi sayıla bilər. Odur ki, əsasən lokal şəbəkələr radiusu 1-2 km-dən çox olmayan ərazilər üçün, ərazilərdə olan kompyuterlərə aiddir ki, orada müəyyən bir şəbəkə yaratmaq olsun. Lokal şəbəkələrin üstün cəhətlərindən biri nədir? Yüksək ötürmə sürəti var. Bir saniyədə 100 megabit. Təsəvvür edin bizə internetdən istifadə edirik. Wi-Fi-larda bizdə internetdən istifadə edirik. Düzdür, həmin bu provayderlər, yəni bizi internetlə təmin edən şirkətlər 3 megabiti 15 azn-ə satır, yəni Azər Telekom da bu şəkildədir. 15 manata 3 megabiti satır. Amma biz lokal şəbəkələr vasitəsilə sürətli bir şəkildə məlumatları ötürüb qarşı tərəfdən ala bilərik. Bu isə bir saniyədə 100 megabitə bərabərdir. Təsəvvür edin nə qədər? 33 dəfə çox olur.
[4:00]Lakin təbii ki, hazırda biz həmin o internetdən qlobal şəbəkələr üçün istifadə edirik, lokal şəbəkələr üçün istifadə etmirik. Yəni lokal şəbəkələr hətta 100 megabit bölək saniyə. Bu keçən əsrin 90-cı illərində ötürmə sürəti idi. İndi daha da çox informasiya ötürmə və informasiyanı qəbul etmə sürətinə malikdir lokal şəbəkələr. Daha sonra ötürmə səhvlərinin aşağı olması. Məntiqlə düşünəndə lokal şəbəkələr dedik ki, məhdud bir ərazidə olur. Və bu məhdud ərazidə olursa, deməli ötürülmə çox uzaq məsafələrə getməyəcək. Nəticədə burada səhvlər də xeyli dərəcədə aşağı olacaq. Daha sonra dördüncü xüsusiyyəti, mübadilənin idarə olunmasının səmərəli olması. Adətən lokal şəbəkələrdə administrator adlanan bir şəxs olur ki, o mübadilə prosesini daim şəkildə nəzarətdə saxlayır. Həmçinin də biz lokal şəbəkələrdə olan kompyuterlərin hər birinə dəqiq bir şəkildə nəzarət edə bilərik. Yəni bir mütəxəssis tərəfindən nəzarət edilə bilər. Amma internetdə, yəni qlobal kompyuter, qlobal şəbəkələrdə belə deyək, hər bir kompyuterə təbii ki, ayrı-ayrılıqda nəzarət etmək qeyri-mümkündür. Və beşinci əsas xassələrindən biri, şəbəkəyə qoşulan kompyuterlərin sayının dəqiq təyin edilmiş, yəni əvvəlcədən dəqiq təyin edilir ki, bu şəbəkəyə filan qədər kompyuter qoşulacaq. Və yaxud əgər şəbəkə yaranıbsa, orada göstərir ki, filan qədər kompyuter mənim şəbəkəmdə var və məhdud olması zərurəti, yəni istənilən sayda biz ora kompyuter daxil edə bilərik. Tutaq ki, bir universitet düşünün, həmin universitetdə bir şəbəkə, lokal şəbəkə yaratmışıq. Hansı kompyuterlər şəbəkədə varsa, onların adını dəqiqliklə baxa bilərik və təbii ki, onların da sayı bizdə məhdud olur. Lokal şəbəkələrin əsas xüsusiyyətləri məhz bunlardır. Yüksək ötürmə sürətidir, ötürmə səhvlərinin aşağı olmasıdır, mübadilələrin idarə olunması səmərəli olması, daha sonra abunəçilərinin belə deyək, sayının məhdud olması, bir də kompyuterlərinin sayını əvvəlcədən dəqiq təyin etmək olar. Lokal şəbəkənin çatışmazlıqları nələrdir?
[6:01]Az öncə dediyimiz onun müsbət cəhətləri kimi də sayıla bilər. Çatışmazlıqları əsasən maddi xərclər nəzərdə tutulub burada. Birinci növbədə aparat və proqram təminatına birləşdirici kabellərin çəkilməsi. Təbii ki, əgər biz müəyyən bir işi görürüksə, bunun qarşılığı da olmalıdır. Ona görə maddi xərc mənə elə gəlir, bir o qədər də çatışmazlıq deyil. Daha sonra şəbəkə administratoru adlanan mütəxəssis olmalıdır. Qeyd elədiyim kimi şəbəkə administratoru orada şəbəkədə olan kompyuterlərin işinə baxır, şəbəkənin ümumiyyətlə işlək olub-olmamasına nəzarət edir, hər hansısa bir nasazlıq yaranarsa, onu yenidən bərpa etmək deməli görəvinə, belə deyək, belə bir borcu var şəbəkə administratorunun. Kompyuterlərin yerdəyişməsi məhduddur. Bu deməli hissə barədə bir balaca məlumat verib nə deməkdir kompyuterlərin yerdəyişməsi məhduddur. Məsələn, biz tutaq ki, A məntəqəsində lokal şəbəkə yaratdıq. Bizim iş yerimiz buradadır. Sonradan bizi B məntəqəsinə köçürmək istəyirlər. Bu zaman artıq bizim çəkdiyimiz kabellər bizə yararsız kimi lazım olur. Təbii ki, bu bizə lazım deyil. Yeni yerə köçürürüksə, biz artıq orada başqa bir şəbəkə yaratmalıyıq, lokal şəbəkə. Odur ki, yenidən kabel alınmalıdır, və yaxud yenidən deməli orada müəyyən bir işlər görülməlidir ki, biz lokal şəbəkəni yenidən yaratmaq olar. Yəni yerdəyişməsi məhduddur deyəndə bunu nəzərdə tutur. Və dördüncü, şəbəkələr kompyuter viruslarının yayılması üçün gözəl mühitdir. Əslində bu lokal şəbəkənin çatışmazlığı deyil, bu ümumi şəbəkənin, həm lokal, həm də qlobalın çatışmazlığıdır. Dövlət imtahan mərkəzinin kitabında bunu lokal şəbəkəyə aid edib, amma bu tək lokal şəbəkənin çatışmazlığı deyil. Həmçinin lokal və qlobal şəbəkələrdə də bilirik ki, viruslar rahatlıqla yayıla bilir. İndi isə qlobal şəbəkələr haqqında danışaq. Əsasən qlobal şəbəkələr dörd yerə bölünür. Gördüyünüz kimi şəhər, hər hansısa bir şəhəri regional, bir neçə şəhəri, milli, ölkə səviyyəsində, transmilli, bir neçə ölkəni deməli əhatə edə bilir şəbəkələr. Qlobal şəbəkələrdən söhbət açanda, müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, məsafəyə görə səpələnmiş kompyuterləri birləşdirir. Tutaq ki, Bakıda bir də tutaq ki, Ağdamda olan bir kompyuterdir. Həmin qlobal şəbəkə vasitəsilə onlar birbiri ilə müəyyən əlaqədə ola bilər. Və ikinci xüsusiyyəti, qlobal şəbəkələrə, lokal şəbəkələr, uzaq məsafədə yerləşən kompyuterlər, giriş-çıxış qurğuları qoşula bilər. Yəni lokal şəbəkə tutaq ki, bir müəssisə yaratmışıq, A adlandırmışıq bu lokal şəbəkəni. Digər müəssisədə yaratmışıq B deməli şəbəkəsi. Bu iki dənə lokal şəbəkəni bir-birinə birləşdirmək artıq qlobal şəbəkələrə deməli aiddir. Həmçinin uzaq məsafədə yerləşən kompyuterlər, giriş-çıxış qurğuları da məhz deməli qlobal şəbəkələr vasitəsilə bir-biri ilə əlaqədə ola bilər. Daha sonra müəyyən bir şəbəkə yaratmaq istəyirik, bizə tapşırıq verilib. Lokal şəbəkə yaradın və plan da aydın məsələdir. Nədir? Bu şəbəkəni yaratmaq üçün nələr lazımdır? Sual axtarırıq özümüzdə. Lokal şəbəkəni yaratmaq üçün nələr lazımdır? Lokal şəbəkəni yaratmaq üçün aparat təminatı və proqram təminatını biz hazırlamalıyıq. Aparat təminatı biz hardware bölməsini keçmişik, qurğu təminatıdır. Lokal şəbəkəni yaratmaq üçün bizə lazımdır işçi stansiyalar. Bu sözdə yəni fərqli heç nə yoxdur. Yadınızda saxlayın ki, işçi stansiyalar fərdi kompyuterlərdir. Yəni istifadə etdiyimiz kompyuterlər işçi stansiyalardır. Bəs niyə görə burada kompyuterlər yox, işçi stansiyalar yazıblar? Çünki lokal şəbəkədə bir server adlanan kompyuter olur, bir də işçi stansiyalar adlanan kompyuter olur. Bunların bir-birindən fərqi odur ki, serverlər adlanan kompyuter baş kompyuterdir. Yəni digərlərinə həm nəzarət edir, həm də serverdə bütün məlumatlar olur, hansı ki, resurs deyirik. Resurslarını digərlərinə serverlər paylayır. Bir də işçi stansiyalar var ki, hansı ki, serverdə olan məlumatları götürür, ondan istifadə edir. Deməli işçi stansiyalar və serverlər biz bildik ki, nədir. İşçi stansiyalar resursları götürən, serverlər isə resurslarını paylayan deməli kompyuterlərdir. Serverlər kimi də adətən çox güclü, deməli, əməli yaddaşı, prosessoru, həmçinin deməli digər xüsusiyyətləri yüksək olan kompyuterlərdən əsasən serverlər kimi istifadə edirlər. Və nəzərə almaq lazımdır, serverlər hər hansısa bir səbəbdən sıradan çıxarsa, artıq şəbəkə tamamilə pozulmağa məruz qalar. Tutaq ki, təsəvvür eləyin, bir şəbəkədir, biz o şəbəkədə bir dənə serverimiz var, 10 dənə də işçi stansiya, yəni 10 dənə də kompyuterimiz var. Bir server sıradan çıxsa, avtomatik şəbəkə sıradan çıxır. Amma o işçi stansiyalardan hər hansısa bir kompyuterin pozulması tutaq ki, işinin pozulması, bu artıq ümumi şəbəkəyə bir o qədər də təsir etməz. Növbəti gəlir interfeys plataları. Buna şəbəkə adapterləri, şəbəkə kartları da deyirlər ki, biz bu barədə texniki təminatda az-çox məlumat əldə etmişdik ki, şəbəkə kartları informasiyanı alıb, informasiyanı ötürən bir qurğudur. Yəni buna çevirici də deyirdik biz. Və təbii ki, kompyuterləri bir-biri ilə əlaqələndirmək üçün, həmçinin digər əlavə avadanlıqlar var, onları bir-biri ilə birləşdirmək üçün biz kabellərdən istifadə edirik. Növbəti gəlir bizdə server və işçi stansiya haqqında yenidən məlumat əldə etmiş olsaq, server şəbəkə resurslarına çıxışı təmin edən, yəni öz resurslarını paylayan, kompyuterləri mərkəzi şəkildə idarə edən super kompyuterlərdir. Deməli, server nə oldu? Mərkəzi şəkildə digər kompyuterləri idarə edən öz resurslarını paylayan. Məsələn, belə deyə bilərik, bir kompyuter var, onun printeri var. Məhz həmin kompyuter serverdir, printeri də var. O printeri digər kompyuterlərlə paylaşır və nəticədə 12 nəfər həmin printerdən rahatlıqla istifadə edə bilir. Yəni artıq server adlanan kompyuterə aid olan o printer, ancaq özü üçün yox, digər kompyuterlərə də xidmət etmiş olur. Məhz şəbəkənin yaradılmasında əsas məqsəd də bax budur. Təsəvvür eləyin ki, biri var 12 dənə hər kompyuterə ayrı printer olsun, biri də var ki, bir dənə şəbəkə olsun, həmin şəbəkədə bir printer var, 12 kompyuterdə həmin printerdən istifadə edə bilir. Bu da onun şəbəkənin yaradılmasında əsas məqsədlərdən biridir. Yəni sırf printer üçün yox, ümumiyyətlə tək printerə aid deyil bura, digər qurğular da ola bilər, giriş-çıxış qurğuları da. İşçi stansiya barəsində danışsaq, resurslardan istifadə etmək hüququna malik, lokal şəbəkəyə qoşulmuş kompyuterlərdir. Yəni işçi stansiyalar sadəcə məlumatları götürür və ondan istifadə etmək hüququna malikdir. Və şəbəkə adapterləri barəsində də danışsaq, daxili və xarici olmaqla iki yerə ayrılır. Daxili şəbəkə adapteri və yaxud şəbəkə kartı sistem blokunun daxilində olur. Xarici şəbəkə adapterləri isə digər kabelləri bir-birinə birləşdirmək üçün istifadə olunur və digər qurğuları bir-birinə birləşdirmək üçün istifadə olunan adapterlərdir. İnformasiyanı çevirən qurğudur. Analog informasiyanı rəqəmsala, rəqəmsalı isə analog informasiya çevirən qurğudur şəbəkə adapterləri. Lokal şəbəkə daxilində işçi stansiya və serverlər arasında əlaqə yaradan vasitələrdir. Yəni kompyuterimizlə baş kompyuter arasında əlaqə yaradan vasitələr şəbəkə adapterləridir. Şəbəkə adapterləri ilə əlaqə kabelləri vasitəsilə həyata keçirilir. Yəni müəyyən bir şəbəkə adapterini biz deməli əlaqələndirmək istəyiriksə, buna kabellərdən istifadə edəcəyik.
[13:51]Şəbəkə adapterlərini seçərkən ümumiyyətlə hər adapteri biz seçə bilmərik. Birinci növbədə şəbəkə adapterlərin xarakterinə baxmalıyıq. Kompyuterin qoşulduğu şinin tipi (ISA, EISA, Micro Channel), şinin tipləri də bu hissədə göstərilib. Şəbəkə mərtəbəsinin sayı (32, 64), şəbəkə topologiyası (Ethernet, Arcnet, Token-Ring) bu kimi şəbəkə topologiyası ola bilər. Tutaq ki, biz Ethernetdən istifadə edəcəyiksə, topologiya kimi, onda şəbəkə adapterinə başqa bir, yəni həmin o şəbəkəyə, topologiyaya uyğun bir adapter seçməliyik. Yəni bu xüsusiyyətlər nəzərə alınmalıdır. Rabitə xətləri. İnformasiyanı ötürmək üçün müəyyən bir fiziki mühit lazımdır. Yəni bir kompyuterdən digər kompyuterə məlumat ötürmək üçün bir fiziki mühit lazımdır. Bu fiziki mühit nələr ola bilər? Rabitə xətləri deyirik biz buna. Rabitə xətləri çəkilən (hava ilə). Buna aid olaraq telefon xətlərini misal gətirmək olar. Yəqin ki, siz də görmüsünüz ki, telefon xətləri var, həmin xətlər vasitəsilə internet bizə ötürülür. Və bəzən olur ki, yağış yağanda və yaxud hava yaxşı olmayanda internetin sürəti aşağı düşür. Nəyə görə? Çünki burada çəkilən, yəni hava ilə çəkilmiş xətlərdə artıq orada elektromaqnit sahəsinə müəyyən bir təsir edir. Xətlərdə bildiyimiz kimi naqillərdən müəyyən bir elektrik siqnalları gedir. Həmin siqnallar təsirə məruz qalır. Nəticədə internet sürəti zəif aşağı düşür. Növbəti gəlir kabel xətləri. Əsasən bina evlərində kabel xətlərindən istifadə edirlər. Digərlərinə nisbətən daha az təsirə məruz qalır və kabel xətləri ilə ötürülən internet daha yüksək olur. Bunun da əyani misalı kimi belə deyə bilərəm. Adətən həyət evlərində Azər Telekom çəkir deyə telefon xətləri ilə, deməli, internetin sürəti 3 megabit, yenə deyirəm, 15 Azn ödəyirsə, amma bina evlərinin əksəriyyətində digər provayderlər var ki, 15 Azn-ə 3 megabit yox, 40 megabitə qədər bizə internet sürəti verə bilir. Yəni çəkilən və kabel xətləri arasında fərqi də elə buradan görmək olar. Bir də yerüstü və peyk əlaqə radiokanalları vasitəsilə. Buna misal olaraq da biz televizorlarımıza qoşduğumuz krossnuları misal gətirə bilərik ki, hansı ki, həmin o krossnu aparatı, belə deyək, onun qapağı olur, evin xaricində yerləşən, müəyyən uzunluğa malik radiotezlikləri tutub və bizə o kanalı göstərmiş olur. Yəni havadan tutur və nəticədə biz onu izləyə bilirik.
[16:24]Bax bu da gördüyünüz birinci çəkilən hava yolu ilə bu belə bir yüksək gərginliyi xətt verib. Telefon xətləri də adətən bundan bir balaca-balaca olur. Növbəti kabel göstərilib, kabel vasitəsilə. Bu da deməli, peyk vasitəsilə informasiyanın alınması və ötürülməsinə aid bir şəkildir. İndi kabellər barəsində danışaq, çünki qəbul imtahanında kabellərin növləri, onlar haqqında geniş məlumat var. Kabellər üç cür olur: burulmuş mis naqilli kabellər, mis özəkli koaksial kabellər, adətən biz buna koaksial kabellər deyirik, mis özəkli ümumiyyətlə onun ümumi adıdır. Bir də lifli-optik kabellər, buna fiberoptik kabellər də deyirik. Birinci başlayaq burulmuş mis naqilli kabellərdən. Bax bu şəkildə gördüyünüz kimi naqillər səkkiz naqildən ibarət olur, yəni bizdə bu kabellər səkkiz naqildən ibarət olur. Və dörd cütdən ibarət olur. Cüt də deyəndə aydın məsələdir. Bir cütdə iki dənə bizdə naqil birbiri ilə birləşmiş olur. Bax burada da qeyd eləmişəm. Kabelə iki və ya dörd burulmuş cüt daxil olur. Burulmuş naqillər cütü burulmuş cüt adlanır. Dövlət imtahan mərkəzinin kitabında bu cür yazılıb. Yəni ola bilər ki, tərif kimi salsınlar. Burulmuş naqillər cütü tutaq ki, bu iki dənə burulub bir-biri ilə bu burulmuş cüt adlanır. Elastikdir və çəkilmə üçün rahatdır. Əsasən iki növü var. Bax burada göstərmişəm iki növü. Çox növü var ümumiyyətlə burulmuş mis naqilli kabellərin. Əsasən bizə ikisi verilib: ekranlaşdırılmış, bir də ekranlaşdırılmayan. Ekranlaşdırmaq nə deməkdir? Ekranlaşdırmaq bax kabelin içərisində folqaya oxşar, folqa da deyə bilərik, belə bir örtük var ki, həmin örtük vasitəsilə biz bunu qapadırıq. Nəticədə elektromaqnit, yəni elektrik siqnalları bu hissədən naqillərdən ətrafa yayıla bilmir. Amma ekranlaşdırılmayan deməli kabellərdə isə gördüyünüz kimi folqa yoxdur. Artıq burada naqillərdən keçən elektrik siqnalları ətraf mühitə, əraziyə yayıla bilər. Xüsusilə bundan istifadə bir balaca təhlükəlidir ekranlaşdırılmayandan, yəni ikincidən UTP-dən. Çünki yenə deyirəm, elektrik siqnalları mühitlə ötürən zaman ola bilər ki, kənarda hər hansısa bir elektromaqnit sahəsi olsun. Ondan təsirlənə bilər. Təsirlənirsə, artıq orada informasiyanın ötürülməsində müəyyən xətalar verə bilər. Hətta bundan casusluq məqsədilə də istifadə oluna bilər. Yəni buradan elektrik siqnalını biz ötürürük, həmin o elektrik siqnalını müəyyən bir vasitə ilə tutub onu dinləmək olar. Daha sonra bu kabellər gördüyünüz kimi, yəni burulmuş mis naqilli kabellər həm ekranlaşdırılmış, həm də ekranlaşdırılmayan. Ulduz və dairəvi topologiyada istifadə olunur. Hələ ki siz əzbər yadda saxlayın ki, adlarını ulduz və dairəvi topologiyada istifadə olunur. Bir azdan biz ulduz və dairəvi topologiya haqqında danışacağıq. Bir də bu kabellər RJ-45 konnektoru vasitəsilə deməli qurğuya birləşdirilir. Yəni bunun başlıq hissəsinə, bu kabellər, mislərin uclarına, bax bu belə bir konnektor bağlayırlar ki, rahatlıqla digər qurğulara birləşdirilə bilsin. Bu burulmuş mis kabellərdir. Növbəti gəlir koaksial kabellər. Hansı ki, siz bunu yenə deyirəm, krossnu aparatlarının arxa hissəsinə qoşulur, həmin o kabeldir. O kabeli yəqin ki, bir çoxunuz görmüsünüz, ucunda belə bir naqil var. Elə ona görə də biz burada qeyd eləmişik ki, mərkəzi naqil və metal hörgü, kənarı yəni metal hörgü, ibarət bir-birindən dielektrik, elektrik keçirməyən iki dənə qat ilə deməli ayrılmış elektrik kabelidir. Tərifinə ehtiyac yoxdur, yəni koaksial kabellər nə üçün istifadə olunur, ona baxmaq lazımdır. Koaksial kabellər şin topologiyasında istifadə olunur. Bax əsas xüsusiyyətlərindən biri budur. Yəni bu çox sual kimi düşə bilir. Koaksial kabellər bizdə şin topologiyasında istifadə olunur. Bayaq dediyimiz ekranlaşdırılmamış, deməli, bizdə kabellər var idi ki, mis naqilli kabellər. Onlarda elektron şüalanması daha çox idi. Amma koaksial kabellərdə elektromaqnit şüalanması çox az baş verir. Həmçinin təkrarlayıcılardan istifadə etmədən uzaq məsafələrə yüksək ötürmə qabiliyyəti var. Təkrarlayıcını keçəndə də deyəcəyik ki, o nədir. Və kabelin uclarında elektrik siqnalın daxili əks olunmasının qarşısını almaq üçün terminator qoyulmalıdır. Əslində bu terminator hər bir deməli krossnuya qoşulan aparatda var. Hansı ki, siz də onu görmüsünüz. İndi mən o terminatorun şəklini sizə göstərim. Bax terminator dedikdə bunu nəzərdə tuturuq biz. Hansı ki, o ucu naqil olan hissəni, yəni ucunda bir dənə naqil var, onu bu hissə ilə əlaqələndiririk. Bunu da krossnunun arxa hissəsinə taxırıq, nəticədə bizdə enerji televizora ötürülmüş olur. Enerji deməyək, informasiya, elektrik siqnalı ora ötürülmüş olur. Deməli koaksial kabellərdə yadda saxladıq ki, bax bu formada olur və şin topologiyasında istifadə olunur. Növbəti gəlir optik-lifli kabel. Optik-lifli kabel digərlərinə baxanda yeni modeldir, yeni texnologiya əsasında yaradılıb. Burada informasiya ötürülməsi elektrik siqnalı ilə deyil, işıq siqnalı vasitəsilə ötürülür. Yəni həm burulmuş cüt naqillərdə, həm də koaksialda informasiya elektrik siqnalları ilə ötürülürdü. Amma burada işıq siqnalı vasitəsilə ötürülür. Nəticədə ona görə böyük həcmdə informasiyalar ötürülə bilir. Onun da nəticəsində uzaq məsafələrə ötürmə qabiliyyəti daha da artır. İki dənə ayrı-ayrı materikləri deməli sualtı optik-lifli kabel vasitəsilə çox sürətli bir şəkildə orada şəbəkə yaratmaq mümkündür. Həmçinin də dediyimiz kimi işıq siqnalı vasitəsilə ötürülürsə, burada elektrik siqnalından heç bir deməli söhbət gedə bilməz. Ona görə də elektromaqnit dalğalara həssas deyillər, yəni ətrafında kabelin nə qədər elektromaqnit dalğası olur olsun, ondan heç bir problem görmürlər. İnformasiya mübadiləsi sürətli bir şəkildə həyata keçirilir. Dövlət imtahan mərkəzinin kitabında optik-lifli kabellərin iki hissəsini veriblər, yəni iki növə ayırıblar. Sadəcə burada orada modalı gedib, yəni bir modlu və çox modlu. Biz bir modlu və çox modlu desək də eynidir. Bir modlu deməkdir. İşıq siqnalı bir xətt üzrə sürətli bir şəkildə ötürülür kabel vasitəsilə. Bu nisbətən bahadır. Çünki gördüyünüz kimi sürətli bir şəkildə tək xətt üzrə hərəkət edir işıq siqnalı. Çox modlu, yəni modalı da, çox modluda isə bizdə gördüyünüz kimi şüalar müəyyən bir bucaq altında hərəkət edərək kabeldən çıxmış olur. Və burada əsasən optik deməli kabellərdə əsasən burada şüşə lifdən istifadə olunurlar. Hansı ki, deməli bu koaksial kabellərdə yox idi. Şüşə lifdən istifadə edirlər, həmin o şüşə lif vasitəsilə deməli işıq seli buradan keçir, digər hissəyə çatmış olur. Bax bu da dəniz altında, su altında belə bir optik-lifli kabelin çəkilməsidir. Bax burada da görürsüz, bu hissədə belə bir şüşə lif var. Həmin lifdən işıq şüaları keçir, qarşı tərəfə çatmış olur. Daha sonra bu deməli əsas avadanlıqlar idi, lokal şəbəkəni yaratmaq üçün. Əlavə avadanlıqlar keçməzdən əvvəl proqram təminatına keçmək istəyirəm, onu sadəcə qısa olaraq deyirəm. Yadımızda salmalıyıq proqram təminatı. Şəbəkə əməliyyat sistemləri adlanan bir kateqoriya keçmişdik ki, demişdik ki, şəbəkədə olan kompyuterlərin resurslarını idarə edir. Odur ki, şəbəkə əməliyyat sistemlərimizi yadımızda salsaq, Windows NT, Windows Server, Novell Netware, bax bunların hamısı şəbəkə əməliyyat sistemi idi. Biz onlardan istifadə edərək lokal şəbəkənin proqram təminatını həyata keçirə bilərik. Bir də burada əlavə avadanlıqlar var. Əlavə avadanlıqlar nə üçündür? Lokal şəbəkənin deməli əhatə dairəsini artırmaq üçün, həmçinin gücləndirmək üçün və sair. Bunların hamısını əldə etmək üçün əlavə avadanlıqlardan istifadə olunur. Birinci transiver. Transiver bizdə işçi stansiyanı yoğun koaksial kabelinə qoşan qurğudur. Bunu əzbər yadda saxlamaq lazımdır buradakıları. Repeater (təkrarlayıcı). Şəbəkənin iki seqmentinin və ya kabelin birləşdirilməsi üçün sadə qurğudur. OSI modelinin fiziki səviyyəsində işləyir. Repeater nə deməkdir? Təsəvvür edin bax, seqment əvvəlcə deyək nədir. Tutaq ki, ola bilər ki, bir kompyuter burada, digəri onun yaxınlığındadır. Ondan sonra belə bir əlaqə yaratmışam mən. Aşağıda da bir kompyuter, burada da bir kompyuter var. Gördüyünüz kimi, bu hissədən bura qədər məsafə böyükdür və informasiya sürəti, informasiyanı ötürülməsi sürəti aydın məsələdir. Getdikcə zəifləməyə məruz qalır. Biz məhz bunların kəsişməsində və yaxud müəyyən bir hissəsində təkrarlayıcılardan istifadə edərək həmin sürəti bərpa edə bilərik. Yəni artıq gəlib bu hissədə zəifləyəndə yenə güclə əvvəlki gücünə artıq təkrar sürətlə gəlib informasiya bu kompyuterlərə ötürülmüş olacaq. Seqment də buna deyirlər. Bax bu hissəyə. İki dənə kompyuter birləşir və ola bilər üç, dörd, beş, altı dənə kompyuter birləşir, bir seqment əmələ gətirir. Bax bu seqmentlər deməli birləşdirmək üçün sadə qurğu bizdə repeaterdir. Təkrarlayıcı deməkdir. Yəni informasiyanın sürətini bərpa edib sürətli bir şəkildə digər kompyuterlərə ötürmüş olur. Daha sonra bizdə konnektorlar, şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür. Az öncə biz göstərdik RJ-45 deməli konnektoru bizdə nə üçün idi. Neyləyirdik? Nazik kabeli işçi stansiya ilə əlaqələndirir. Yəni biz bilirik ki, tutaq ki, əlimizdə bax bu kabel var, bu cürdür. Bir də əlimizdə kompyuter var. Amma kompyuterdə belə bir port yoxdur axı mən bu portu, yəni bu formada bir portum yoxdur axı mən bu naqilləri həmin portla birləşdirəm kompyuterlə əlaqə yaradım. Neyləyirəm? Ona görə bu naqili, bax bu naqili əvvəlcə ucuna RJ-45 konnektoru əlaqələndirirəm. RJ-45 konnektoru da onu kompyuterlə əlaqələndirir. Məhz bunu da bu şəkildə yadda saxlamaq daha yaxşı olar. Deməli konnektorlar nə edir? Şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür. Terminatorlar nə üçündür? Terminaturu az öncə mən sizə dedim.
[27:06]Deməli, bunlar kompyuterlər, terminaturlar açıq kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə oluna bilər. Tutaq ki, bizdə koaksial kabel var, amma ucunda terminator yoxdur. Biz onu həmin o krossnu aparatına qoşa bilməyəcəyik. Ona görə bizə nə lazımdır? Bizə terminator lazımdır ki, həmin o terminaturu bağlayaq kabelimizə. Ondan sonra krossnu aparatımıza qoşaq, nəticədə deməli bizdə görüntü yaransın. Bir də torpaqlama məqsədilə, torpaqlamaq nə deməkdir ümumiyyətlə? Bəzən olur ki, biz o həmin hissələrdən, yəni kabelimiz var əlimizdə və oradan informasiya gəlir. Amma bizə o lazım deyil. Bir də bilirik ki, o tok keçir. Həmin o uc hissəsi. Göstərim sizə yenidən. Bax bu hissə tok keçir, yəni enerji hələ ki orada var, enerji gəlir deyə enerji axını orada baş verir. Amma biz onun ucuna həmin o terminatoru bağlayırıq, nəticədə o enerjini udur. Enerjini udursa da, deməli o artıq tok keçirməyəcək. Bax belə bir misal üzərində deyə bilərik. Həmçinin bu terminaturalar əsasən şin topologiyasında istifadə olunur. İndi ona da biz nəzər yetirəcəyik. Növbəti modem gəlir. Modem bilirsiz ki, telefon xətti vasitəsilə lokal şəbəkə və ayrıca kompyuteri qlobal şəbəkəyə qoşan qurğudur. Kompyuterlərimizi və yaxud telefonlarımızı qlobal şəbəkəyə qoşur modem. Ondan sonra şlüz var. İki müxtəlif kompyuter şəbəkəsi, müxtəlif protokollu və ya iki kompyuter arasında əlaqə yaradan qurğudur. OSI modelinin kanal səviyyəsində işləyir. Müxtəlif protokollu deyəndə, əvvəlcə protokolu hansılardır ona baxmaq lazımdır. Protokolu biz növbəti dərsimizdə keçəcəyik. Amma şlüzə aid belə bir misal var. Bax burada. Bir protokol kompyuterin protokolu bizdə TCP IP protokoludur. Biri də Control Net protokoludur. İndi təsəvvür edin bu ayrı protokol, bu ayrı protokol. Bunları birbiri ilə birləşdirmək üçün nədən istifadə edirik? Biz şlüzdən istifadə etmiş olurub.
[29:14]Yəni gateway. Burada da yazıb. OSI modelinin kanal səviyyəsində işləyir. Növbəti gəlir switch. Kompyuter şəbəkələrində əlaqə yaradılması üçün istifadə olunan kommutator və yaxud keçirmə qurğusudur. Switchin də özünün iki növü var. Birincisi Bridge-dir, körpü deyirik biz buna. Digəri routerdir, marşrutlayıcıdır. Adını da oxuya bilmədim. Aha, bax bu hissədən görə bilərik. Bu routerdir. Bu switchdir ümumiyyətlə. Məlumatı özündən keçirir, digər kompyuterlərə ötürür. Onun bir növü olan router. Routerin deməli tərifinə baxaq, sonra da şəklə qayıdaq. Router neyləyir? Müxtəlif topologiyalı və müxtəlif protokollu şəbəkəni birləşdirən aparat proqram təminatlı qurğudur. Ağıllı qurğu deyirlər buna, həm aparat, həm də proqram təminatlıdır, ona görə ağıllı qurğudur. OSI modelinin şəbəkə səviyyəsində işləyir. Deməli, Bridge-lə Router-in fərqləndirici xüsusiyyəti protokolu oldu.
[31:05]Biri eyni protokol, biri isə müxtəlif protokoldan istifadə edir.
[31:13]İndi şəkil üzərində onu göstərim. Bax burada yazılıb görürsüz Red network. Müxtəlif bir şəbəkədir, yəni müxtəlif protokolludur. Həmçinin də müxtəlif topologiya deyirsə, mən sizə təklif edirəm ki, onu da bu cür yadda saxlayın. Tutaq ki, bax bu ulduz topologiyasıdır. Yanındakı isə görürsüz halqa formasındadır. Bu da halqa topologiyasıdır. Deməli iki müxtəlif protokollu və iki müxtəlif, iki deməyək, müxtəlif protokollu və müxtəlif topologiyalı olan qurğuları birbiri ilə əlaqələndirmək üçün istifadə olunur. Ona görə də biz bunu bu şəkildə yadda saxlasaq, daha yaxşı olar. Bridge isə müxtəlif topologiyalı, lakin eyni protokola malik iki və ya daha çox lokal şəbəkəni birləşdirən aparat-proqram təminatlı qurğudur. OSI modelinin kanal səviyyəsində işləyir.
[32:08]Host, şəbəkəyə qoşulmuş və TCP/IP protokolundan istifadə edən istənilən qurğudur.
[32:31]Hub (XAB), birdən çox şəbəkə qurğularını birləşdirən qurğudur və ulduzvari topologiyada şəbəkə düyünlərini birləşdirməyə imkan verir. OSI modelinin fiziki səviyyəsində işləyir.



