[0:00]gəli gəlmişkən indi məsələlər qazla bağlı işıqla bağlı deyildi. 2003-cü ildə, yəni 20 təxminən 22-23 il bundan qabaq ölkəmizdə qazlaşmanın səviyyəsi, Cənab İlham Əliyev hakimiyyətə gələndə 40% idi.
[0:13]Bu günləri artıq 96.7 təxminən 97%-ə gəlib çatıb. 97%. Bu azdır, çoxdur müqayisə etsək dünyada bu göstəriciyə görə biz birinci onluqda deyilik. Biz elə birinci dövlətik. Yeri gəlmişkən. Mən bunu rəsmən söyləyirəm ki, bizdən çox
[0:29]Nə bizdən çox Qazlaşmanın səviyyəsi, yəni 90 il az qalıb 100% olsun. Dünyada özündən deyən dövlətlərə baxın faizinə, bizdən aşağıdır. Qazlaşmanın səviyyəsi baxımından. Amma bununla yanaşı, mən elə sizin verilişinizdən istifadə edib söyləyirəm, elə hökumətin hesabatında da bunu dedim, büdcə müzakirələri zamanında qaldırmışam.
[0:48]Cəlilabadın İranla sərhəd kəndlərində bu problem ciddi bir problemdir. Hətta mən söylədim ki, o 3%-ə qədər ki qazlaşmayıb, bəlkə onun elə ən böyük hissəsi Cəlilabadın payına düşür.
[1:00]Cəlilabadın 118 kəndi var. 118-dən 62 kənddə hələ qazlaşma yoxdur. 62 kənddə. Və bunu mən dəfələrlə qaldırmışam, parlamentdə də demişəm. Və söhbət ondan gedir ki, bu İranla sərhəddə olan kəndlərdir. İranla sərhəddə olan kəndlərə xüsusi diqqət olmalıdır.
[1:19]Və çıxışımda da parlamentdə söyləmişdim ki, necə Cənab Prezidentin imzası ilə dörd dəfə, bilirsiz ki, o proqram qəbul edildi, Sosial İnkişaf Dövlət Proqramı qəbul edildi və regionlarımızın siması kökündən dəyişdi.
[1:31]Bəli. Eyni oxşar təxminən bir proqramlar qəbul edilməlidir. Sərhədyanı kəndlərin inkişafı ilə bağlı. Çünki dövlət sərhəddən başlayır. Bax Bakının bizim şəhərlərimizin və digər rayonlarımızın inkişafını bir xarici vətəndaş görəndə deyər ki, həqiqətən Azərbaycan sürətlə inkişaf edir. Amma sərhəddə İranla sərhəddə kəndlərdə vəziyyət acınacaqlıdır.
[1:53]Və mən bir ürək yanğısına söyləyirəm ki, 200 nəfərlik gözəl bir məktəb tikilmişdi İranla sərhəddə. Həmin kənddə bu dəfə gedəndə gördüm 50 nəfər şagird qalıb. Niyə bu qədər azalıb, otaqlar boşdur? Çünki valideynləri köçüblər. Niyə? Çünki orada qaz yoxdur. Aydındır.
[2:07]Aydındır. Ona görə də bu günləri hesab eləyirəm ki, xüsusilə sərhəd bölgələrində, İranla sərhəd Cəlilabadın o kəndlərinə xüsusi diqqət ayrılmalıdır. Çünki insanlar tərk eləyirlər, kəndlər boşalır. Buna getmək olmaz. Və bu çox ciddi məsələdir və hətta mən söyləyərdim ki, təkcə iqtisadi məsələ deyil, bu təkcə demoqrafiya məsələsidir, bu həm də ciddi siyasi məsələdir. Bunu mən hesab eləyirəm ki, çox ciddi bir məsələdir, buna həssas yanaşmaq lazımdır.



