Thumbnail for Mikayıl Mirzə Xəlil Rzanın şeirini deyir - "Vız geliyor vız" by Know this

Mikayıl Mirzə Xəlil Rzanın şeirini deyir - "Vız geliyor vız"

Know this

7m 44s840 words~5 min read
YouTube auto captions
Transcript source

YouTube auto captions

This transcript was extracted from YouTube's auto-generated caption track. The transcript below is server-rendered so it can be read, searched, cited, and shared without opening the original YouTube player.

Pull quotes
[0:00]Orada bunun son zaman indi məndən başlayır Vətən kitabı çıxacaq bir həftədən sonra.
[0:00]Deyir: Çəkilmişəm Türkan'da 115 çərək bağa, həmdəmim səkkiz dənək beş-altı nar ağacı.
[0:00]Lakin səni, bəs sənin dişi qanlı, yırtıcı, mafiyaçı dəstəni Bakının ortasında asıram bil, ən hündür yüksək dar ağacından.
[0:00]Balakəndə 100 illik cəviz ağaclarını traktor trosu ilə dartıb köklü köməçli torpaqdan qoparanlar nə məst idi, nə sərxoş.
Use this transcript
Related transcript hubs

[0:00]kişini 15 çərək sotuq bağa salıblar. Bu gecə-gündüz Türkan'da 48 saat işləyir. 24 saatımız var. Orada bunun son zaman indi məndən başlayır Vətən kitabı çıxacaq bir həftədən sonra. Mən xahiş edirəm alın o kitabı. Az nüsxə ilə. Məndən başlayır Vətən. Orada bir poema var. Onundan bir balacanı oxuyuram sizə. Xəlil müəllim deyir ki, bu doğuşu kişidir. Bu indi dediyini hər yerdə deməyə qadir bir oğlandır. Heç nədən qorxan oğul deyil bu. Deyir: Çəkilmişəm Türkan'da 115 çərək bağa, həmdəmim səkkiz dənək beş-altı nar ağacı. Bir də payız düşəndə burnunu soxub qına yatan çanaqlı bağa. Qırıb tikan basıram bağanın dövrəsinə. Qasırğa gurrurdayanda diksini boyanmasın. Elə məqam olur ki, bel vurmağa qıymıram qarışqa yuvaları uçmasın, dağılmasın. Hovuzun qırağına dolu dolça qoyuram sərçələr gəlib içsin. Bir azca dən səpirəm, dənləməyə girişsin. Lakin səni, bəs sənin dişi qanlı, yırtıcı, mafiyaçı dəstəni Bakının ortasında asıram bil, ən hündür yüksək dar ağacından. Asıram kipriyindən, boğazından, saçından. Şəxsi düşmənlərimdir elimə biganələr. Dilimə biganələr. Dənizimə, çayıma, gölümə biganələr. Göy gölün yaxasında qoca pəhləvan kimi duran palıdlar hanı? Muğanımdan, milimdən kimlər saldılar qaçqax alagözlü ceyranı. Hanı qara yazıda hündür boylu marallar? Getdi göz bəbəyində sinəsindəki xallar. Hanı bircə dilimin xəstənin can dərmanı? Çırtma dəysə partlayan incəqabıq bal kimi Sabirabad qarpızı. Bu il bizim Bakıda qarpız alan olmadı. Hərəsi Nehrə boyda qarpızlar tığda qaldı. Bir çoxu da zəhərli dərmanlı tağda qaldı. Diabeti olana məsləhət görür həkim, hərdən qoz ləpəsi ye. Bazarı dörd dolanırsan, seyir edirsən, gəzirsən. Axı nə cür olasan bircə ovuc ləpəni qızıl qiymətinə sən. Onda gərək balon boğazından kəsəsən. Qayıdırsan fikirli, qayıdırsan əliboş. Balakəndə 100 illik cəviz ağaclarını traktor trosu ilə dartıb köklü köməçli torpaqdan qoparanlar nə məst idi, nə sərxoş. Ey bu gülzar torpağı xaraba-zar qoyanlar! Yansın qurusun deyə. Odunluq olsun deyə, fələslərin, şamların qabığını soyanlar. Portaxallarını, çəltik zəmilərini, zəfəran ləklərini kələm və kəbər üçün ayırıb şumlayanlar. Şumlayıb tumlayanlar. Bərəkətdən, nemətdən, qeyrətdən söz düşəndə ağzını mumlayanlar. Hanı incə saplaqlı Mələyə armud, hanı? Bircə nar qutusuna sığan ləl, yaqut hanı? Öncə qızıl balığa qalacaqsan tamarzı. Sonra qızıldan baha ay kürüye, sədiriyyə. Tamarzı qalacaqsan sədaqətə, vəfaya. Sonra da Qaradağın sement dumanlarında yoxa çıxan, əriyən bircə nəfəs havaya, saf, müqəddəs havaya. Amansız qanunlar var. Torpaq yoxsullaşanda insan da yoxsullaşır. Çöllər qısırlaşanda insan da qısırlaşır. Yoxa çıxır ar, ilqar, vicdan da qısırlaşır. Ac qalan adi pişik fələkdən də çevikdir. Əlindən qapır yemi. Belə getsə bil ki, sən sən də qəbərəcəksən ac qalan pişik kimi. Firudin bəy Köçərli Gəncədə güllələndi. Fikir güllüstanları qönçədə güllələndi. Onu kim güllələdi? Mal, zərlik gənələr. Bu yurda biganələr, bu xalqa biganələr. Necə mahirdirlər, ən yağlı mövqeləri necə məngirləyirlər. Şireyxana, restoran, dam, Milis idarəsi, hamısı mənim deyirlər. Əl altından satırlar yanaçaq evlərini. Benzini də yarı su. Arvadı paltarını, nadir daş qaşlarını göstərmək üçün tuturlar lojaları, Yarı Rus Necə mahirdirlər. Perestroyka sözü top-puz dəllərində yarmaq üçün başları. Cavidə böhtan atan, Yusif Vəziri satan güya mətin dayanmış bir vaxtlarda çətində. Teleyüzgü, radio, neçə-neçə çapxana, neçə-neçə nəşriyyat onun öz xidmətində. Qələm əsarətində. Müşviqi düşünəndə yaş yandırır gözümü. Kipriyimdən süzülür sözlərinin düzümü. Oxutar, oxutar. Səni kim unudar? Kös səsivi, ötmə tar. Sönmür səni proletar. Sönmür çalınsın qatar. Beləcə şeir yazıb qəbrini sözlə qazıb onu dəfn eləyənlər dönüb indi gör necə? 180 dərəcə. Müşviqi dəfn eləyənlər, Müşviqi məth eləyirlər amiranə, çox incə. İsmayıllı Rəşidi qəbrə diri qoyanlar çalıb çapır varını Azərbaycan tarixi nadir yadigarını. Akademik seçilir Səliman Mümtazı söyən, özgə sümüklərindən özü üçün ev tikən. Beləsinə baxanda ildırım cuşqunda Hayqırmaq istəyirsən az lovğalan ay gəda. O boş qafanız kimi bomboş Akademiyanız bizə vız gəliyor, vız. divarları gümüş zər. Şeir axırcan divarları gümüş zər, tualeti də mərmər villa kəhkəşanınız bizə vız gəliyor, vız. Sapda deputatlığınız tüpürcəyə layiqkən mükafat almağınız bizə vız gəliyor, vız. Yad məktəbdə Sabirə Yad məktəbdə Sabirə, Füzuliyə tamarzı öz dilini bilmədən papa deyən balanız. Yeri gəldi gəlmədi rusca qızıldamanız bizə vız gəliyor, vız. Hələ sağlığıncaca gorbagor olmağınız. 80 min rüşvət basıb çilənkar olmağınız. Fəylən kor olmağınız bizə vız gəliyor, vız. Bütün qansoranları, əqrəb əti bilərək dünyadan süpürməli, kürürməli, atmalı. Budur perestroyka. Mixail Sergeyeviç Qarbaçovun qırbacı Polad əllərindədir. Haydi şığı troykam. Eski ruhu kəmləri. Çeynədən möhkəmləri. Vəzifəyə, rütbəyə qırsaqqız xədimləri, ədəbi xədimləri, ədəbsiz xədimləri. Bircə sətr yazmayan elimsiz alimləri. Ali məktəbi sökən orta məktəbi udan texnikumları tıxan növ-növ görüşənləri. Məhkəmə qovluğunu açıq qoyub önünə. Cahilin yox sərvətin izinə düşənləri. İçində zülmət yatan, beynində qəflət yatan arvad-uşaq yanında bu şaddalı, şənələri. Sərvət, şöhrət uğrunda gəlisindən gölündən düşüb əlləşənləri. Durur döyüşənləri. Tapdamasa, əzməsə mənim şimşək troykam yoxdur perestroykam. Əşid və bil ey nadan. Sanma başdan binadan yurdda yalnız naşı var. Sahibsiz deyil ölkə. Başçısı var, başı var. Bu torpağın, bu xalqın milyonlarla yaşı var. Palıdın dibində göy mamırdı naxışlar. Bardır perestroyka. Yes takaya partiya. Bizə inanmayanın, sizə inanmayanın cürrəyi partlayar. Mən Lenin ordusunun sadiq bir əsgəri. Dəmir, beton səngəri. Ön cəbhəyə qan atılan şığı, durma sən geri. Aç usta əllərinlə kələf dolaşıq düşüb. Könlümə şeir düşüb, könlümə işıq düşüb. Yox, evsiz deyiləm mən. Nə yazıqam, nə yetim. Bu kəhkəşan məclisdir, yaqutdan imarətim, almazdan imarətim. O əllərdə gördüyün ətirli güldəstələr mənim üçün ən böyük bir simfoni bəstələr. Gözlərimin nurudu bu şən oğul o şən qız. Fəxrim, qol-qanadımdır. Ali mükafatımdır sizin alqışlarınız. Sizin məhəbbət dolu isti baxışlarınız.

Need another transcript?

Paste any YouTube URL to get a clean transcript in seconds.

Get a Transcript