[0:25]Dağları göylərə çatılı görsən. Təkəni qayada yatılı görsən. Baharı payıza qatılı görsən. Desələr hardasan, de Kəlbəcərdə. Əlizi görsən yayda qar üstdə. Dərələrdə görsən tarı-tarı üstdə. Qalın meşə görsən qayalar üstdə. Desələr hardasan, de Kəlbəcərdə. Atdım başı görsən dərin dərələr. Göz qaraldan ovçu yatan bərələr. Səni vale etsə xoş mənzərələr. Desələr hardasan, de Kəlbəcərdə.
[2:09]Gül-çiçək nazlansa baxsan hər yana. İsti suyu şəfa versə insana. Narzanı gətirsə cansızı cana. Desələr hardasan, de Kəlbəcərdə. Sıldırım yamacda dağın tilində. Bənövşə telində qamçı əlində. Görsən bir gözəli köhlən belində. Desələr hardasan, de Kəlbəcərdə. Hər qız gəlin gəbə toxuya bilsə. Hər çoban saz çalıb oxuya bilsə. Hamı qoşma yazıb söz duya bilsə. Desələr hardasan, de Kəlbəcərdə.



