[0:25]Hər vaxtınız xeyirli olsun. Təhsil vaxtına baxırsınız. Biz hazırda təhsil tələbə krediti fondundayıq. Təhsil Tələbə Krediti Fondu az təminatlı ailələrin təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də onların təhsil alma imkanlarını reallaşdırmaq üçün 2021-ci ildə yaradılmış fonddur. Bizim fondla bağlı gördüyü işlərlə bağlı qısa bir süjetimiz var. Həmin süjetə baxıb və yenidən studiyamıza qayıdacağıq.
[2:45]Kadrlardan da gördüyünüz kimi fond bir çox tələbənin təhsil imkanlarının reallaşdırılması üçün işlər görüb. Və biz bununla bağlı və digər gələcəkdəki olan planlarla bağlı, həmçinin görülmüş işlərə daha geniş nəzər yetirmək üçün fonda gəlmişik. Hazırda Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz müəllim Əzimovla bir yerdəyik. Bəhruz müəllim, xoş gördük sizi. Xoş gördük Rizvan bəy. Hər vaxtınız xeyirli olsun, xoş gəlmisiniz. Çox sağ olun Bəhruz müəllim. Elə başlamışkən istəyərdim ki, qısa bir nəzər yetirək. Yəni öz sözlərinizlə bu üç il ərzində Təhsil Tələbə Krediti Fondu hansı işlər görüb? Təşəkkür edirəm bir daha vaxt ayırıb gəldiyiniz üçün və bizim Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti ilə bağlı olan belə bir qısa olsa da verilişi hazırlamaq istəyində oldunuz və bizim qonağımız olduğunuz üçün bir daha təşəkkürlər. Qeyd elədiyiniz kimi sizin də elə çıxışınızın əvvəlində qeyd etdiyiniz kimi, ölkə başçısı cənab prezidentin 2021-17 iyun tarixli 1367 nömrəli fərmanı ilə Təhsil Tələbə Kredit Fondu yaradılıb.
[3:55]Təhsil Tələbə Kredit Fondu qeyri-kommersiya qurumudur. Fond Elm və Ali Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıbdır. Fondun yaradılmasında hər hansı bir gəlir və mənfəət düşüncəsi yoxdur. Bayaq da qeyd elədiyimiz kimi qeyri-kommersiya qurumudur. Bunun fondun yaradılmasının başlıca məqsədi az təminatlı ailələrin təhsilə çıxış imkanlarının yaradılması, eyni zamanda təhsilin əhatə dairəsinin genişləndirilməsi və təhsil almaqda bərabər imkanlar yaratmaqdan ibarətdir. Cənab prezidentin fərmanından bir ay sonra artıq Nazirlər Kabinetinin 226 nömrəli qaydası ilə Təhsil Tələbə kreditlərinin fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqləndi. Və bu qaydadan irəli gələn tapşırıqlar cənab prezidentin fərmanından irəli gələn tapşırıqlardan sonra artıq fond öz təşkilatı strukturunun qurulması, bundan əlavə olaraq fonda məxsus elektron sistemin yaradılması, onun digər dövlət qurumları ilə inteqrasiya olunması və digər təşkilati məsələrlə bağlı dərhal işlərə başladı və nəticə etibarilə artıq noyabr ayının sonlarına doğru fond öz fəaliyyətini belə deyək, tam olaraq həyata keçirməyə başladı, fəaliyyətinə başladı və elektron sistem tələbələrin müraciətləri üçün açıq elan olundu və 25 noyabr tarixindən 2021-ci tarixdən artıq biz fondan müraciət etmək istəyən tələbələrin artıq kreditlər üçün müraciətlərini elektron sistemdə qəbul etdik və o gündən bu günə artıq fəaliyyətimiz davam edir. Üç ildən bir qədər çoxdur ki, fəaliyyət göstəririk. artıq dördüncü tədris ilidir ki, bildiyiniz kimi biz təhsil kreditlərinin verilməsi prosesini həyata keçirdirik. Artıq 24-25 tədris ilinin payız semestri üzrə müraciət dövrü bizim semestr hesabı ilə yeddinci semestrimizdir. Elə qeyd etmək istəyərdim ki, təhsil kreditlərinə müraciət əsasən yəni daha doğrusu hər semestr üzrə həyata keçirdilir. Yəni hər tələbəmiz semestr üzrə müraciət edir və təhsil haqqının bir semestrə düşən hissəsini əldə edir.
[6:20]Təhsil kreditlərinin iki növü var, sosial növ təhsil tələbə krediti və standart növ təhsil tələbə krediti. Adından da məlum olduğu kimi sosial növ kredit əhalinin həssas qruplarından olan vətəndaşlarımız üçün nəzərdə tutulan kredit növüdür və illik 2%lə verilir. Standart növ kredit isə 6%lə verilən digər əsas olmayan tələbələrimiz üçün, yəni az təminatlı olmayan vətəndaşlarımız üçün, hansı ki bu dövlətimizin yaratdığı bu yaxşı imkanlardan faydalanaraq aşağı faizlərlə verilən və uzunmüddətli verilən kreditlər hesabına öz təhsil haqqlarını ödəyə bilmələri üçün onlar üçün də xüsusi imkanlar yaradılıb. Bundan əlavə təhsil kreditlərinin verilməsi ilə eyni zamanda biz tələbələrimizin təhsilə köklənməsi, motivasiya olması və təhsilin keyfiyyətinə təsir göstərmək kimi bir bizim düşüncəmiz və belə deyək, bu istiqamətdə də fikirlərimiz və hədəflərimiz var ki, biz bunu hər semestrdən-semestrə hər tədris ilindən-tədris ilinə görməkdəyik.
[7:24]Nəyi nəzərdə tuturam? Kreditdən istifadə etmək istəyən tələbə yaxşı oxumalıdır ki, bu krediti ala bilsin. Eyni zamanda daha yaxşı oxuyaraq və əlaçı olaraq bir sıra güzəştlərdən faydalana bilər. Bu da hər tələbədə bu güzəştləri əldə etmək üçün motivasiyaya gətirib çıxarır. Kreditdən necə istifadə edə bilər tələbələrimiz? Hər iki kredit növü üçün ortaq bir tələb var. Bu təbii ki, Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq tənzimlənir, elektron sistem buna uyğun qurulub. Və bu istiqamətdə işlər aparılıb və hal-hazırda sistem belə fəaliyyət göstərir, avtomatik qaydada. Tələbənin hər iki növ kreditə görə ala bilməsi üçün onun akademik borcu, yəni kəsiri olmamalıdır. Kəsri olmayan tələbə artıq kreditə müraciət edə bilir. Sosial növ kreditdə yalnız kəsrin olmaması kifayətdir, artıq tələbə müraciət edib və kreditdən faydalana bilər, onun sosial statusları varsa təbii ki. Sosial statuslar da artıq bizim qaydalarla təsdiq olunub. Əlavə olaraq standart kreditdə isə onun təhsil göstəricilərinə baxılır. Bu da qaydalarda təsdiqlənib, üç ildən çoxdur ki, artıq fəaliyyət göstəririk. Bu dövr ərzində fonda məxsus elektron portala 57000-dən çox tələbə müraciəti daxil olunub və biz bu müraciətlərin artıq 45000-dən bir qədər çoxunu artıq rəsmiləşdirmişik. Və rəsmiləşmiş kreditlər üzrə vəsaitlər birbaşa təhsil müəssisələrinə elektron qaydada köçürülmüşdür. Hal-hazırda bayaq da qeyd elədiyimiz kimi 2024-25 tədris ilinin payız semestri üzrə müraciət dövrü davam etməkdədir. Siz statistika vurğuladınız. İndi göründüyü kimi imtahanlar da olur. Ümumiyyətlə ən çox nələrə görə imtahanlar olur? Bəli, qeyd elədiyiniz kimi imtina halları var burda. Təbiidir ki, bu təhsil krediti üçün müraciət eləyən tələbələrin bir qismi bayaq da qeyd elədiyimiz qaydalar üzrə tələblərin bəzilərinə cavab vermədiyi hallarda elektron sistem tələbə müraciətlərinə imtina cavabı verir. Hansı hallarda bu baş verir? Təbii ki, qaydaya uyğun olaraq. Hər iki növ kredit üzrə tələbənin əgər akademik borcu, kəsri varsa, sistem ona imtina cavabı verir. Ola bilər ki, tələbəmiz təhsildən kənarlaşdırılıb, hansı ki, artıq təhsildən azad olunubdur. Bu zaman sistem onu müvafiq bazadan həmin məlumatı əldə edir və yaxud da ki, təhsil müəssisəsinin məsul şəxsi tərəfindən bu məlumat sistemə daxil olunur və elektron sistem ona imtina cavabı verir.
[10:13]Standart növ təhsil krediti üzrə bayaq qeyd elədik ki, təhsil göstəricilərinə baxılır. Təbii ki, bu təhsil göstəricilərinə uyğunluğu təmin olunmayanda elektron sistem həmin tələbələrə imtina verə bilir. Misal üçün təhsil bakalavr təhsil səviyyəsi üzrə 250 bal və yaxud da daha yuxarısını toplamayıbsa, o standart kredit ala bilməyəcəkdir və imtina cavabı alacaqdır. Bakalavrdan əlavə magistratura təhsil səviyyəsində 50 bal və daha yuxarı bal göstəricisi olmalıdır ki, birinci kurs birinci semestrdə krediti ala bilsin. Orta ixtisas təhsil səviyyəsində 110 bal, peşə təhsilinə qəbul olan tələbələrin isə məktəb kursunu ümumi orta məktəbdə attestat qiymətlərinin üç balı və üzərində olması lazımdır. Bu balları toplayanlar standart kredit müraciət eləyə bilirlər. Sonrakı semestrlərdə isə müvəffəqiyyət göstəricilərinə baxılır. Yəni təhsil müəssisəsində, ali və yaxud da orta ixtisas təhsil müəssisəsində topladıqları müvəffəqiyyət göstəriciləri, ÜMG balı 71 və ya çox olanlar standart kredit də əldə eləyə bilirlər. Müraciəti edib əgər bu balın aşağısında qalarsa, deməli imtina cavabı alacaq. Bəhruz müəllim, siz bir neçə dəfə 71 bal məsələsini qeyd etdiniz. Belə bir məsələ var. Universitetlərdə semestrin ölçmə meyarları fərqlidir. Bəziləri yazılı imtahan, bəziləri test, bəziləri şifahi olur. Məsələn belə bir sual çıxır ortalığa. ADA Universitetində verilən 71 balla Lənkəran Dövlət Universitetində verilən bal müəyyən qədər keyfiyyət meyarı baxımından fərqli ola bilər. Bundan da əlavə fərdi yanaşma da ola bilər. Məsələn ola bilər ki, tələbə hər hansı bir səbəbdən, ailəsilə bağlı olan səbəbdən və yaxud nələrsə bağlı hər hansı bir fəndən kəsri yaransın. Belə hallarda, belə deyək, şəxsə fərdi münasibət göstərilirmi, istisna hal kimi? Əslində çox yaxşı sualdır, təşəkkür edirəm suala görə. Biz bu məsələ ətrafında çox düşünmüşük. Əslində bu 71 bal məsələsi ilə bağlı da təhsil müəssisələrində müəyyən yəni birmənalı qarşılamır. Dediyiniz kimi bəzi müəssisələrdə 71 balın toplanması asandır, bəzilərində isə əksinə daha çətindir. Amma bu bilirsinizmi, bir əgər ölkəmizin təhsil siyasətinə baxsaq və yaxud da ki, təhsillə bağlı bu hansı ki, qiymətləndirmə, yanaşma əgər bu formadadırsa, bizim bunun kənarına çıxmamız bir qədər mümkünsüz hesab olunur. Nəyə görə? Çünki bu qaydalarla təsdiq olunmuş bir haldır, bir tələbdir. Eyni zamanda burda 71 bal o qədər də çox yuxarı bir tələb deyil. Yəni mən sizi inandırım ki, təhsil alan tələbəmiz bir qədər öz üzərində işləsə, bir balaca təhsilinə fokuslansa, 71 balı əldə etməsi onun üçün o qədər də çətin olmayacaqdır. Nəyə görə bu 71 bal əgər beş ballıq qiymətləndirmə ekvivalentinə çevirsək, bunu üçün yuxarı və dördün aşağı hissəsi kimi qəbul oluna bilər. Təhsil kreditlərinin verilməsi zamanı isə standart kredit üçün bildiyiniz kimi tələbdir bu 71. Digər növ kredit sosialda biz tələb qoymuruq. Orda 50 bal və üzəri olması kifayət eləyir. Yəni kəsrinin olmaması. Yəni tələbənin kəsri yoxdursa o krediti ala bilir. Az təminatlı ailələrdə ki, fondun yaradılmasının əsas məqsədi də odur ki, az təminatlı ailələrin kreditləşdirmək və təhsilə çıxış imkanlarını sağlayaq.
[13:35]Qaldı standart üçün, bu da dövlətin vəsaitidir. Bir qədər çalışqan, oxuyan tələbələrə bu kreditlər ayrılmalıdır ki, onlar gələcəkdə bu vəsaitin geri qaytarılmasında, qaytarılması zamanı öz belə deyək, əmək bazarında öz bilik və bacarıqlarını göstərə bilən, öz gəlirlərini formalaşdıra bilən tələbələrin arasından olsun.
[14:03]Bir balaca fondun yanaşması, qaydaya görə belədir təbii ki, bu riskləri müəyyən qədər azaldır. O baxımdan 71 balın tətbiqi qəbuldur və normaldır. Anlaşılandır və normaldır. Bəs fərdi yanaşmalar necə? Məsələn, tutaq fərz eləyək tələbə bir maşın qəzası keçirib və həmin fənnin kreditini toplaya bilməyib, kəsr olub və bu ondan asılı olmayan səbəbdən olub. Çünki universitetlərin ixtiyarındadır. Bu kəsri kim də hesablaya bilərlər, hesablamaya da bilərlər. Fərz eləyək ki, universitet bunu kəsr kimi hesablayır və bu onun belə deyək də, istəkləri xaricindədir. Belə tələbələrə necə fərdi yanaşma sərgiləmək mümkündürmü? Ümumiyyətlə bu tələbələrimizin təhsil göstəriciləri ilə bağlı, kəsirləri ilə bağlı çoxlu obyektiv və yaxud da subyektiv səbəblər ola bilər. Biz düşünürük ki, burda artıq bu məsələlərdə biz tərəf deyilik. Yəni mən başa düşürəm siz nəyi soruşursunuz. Yəni fərdi yanaşma və yaxud da diferensial yanaşma etmək.
[15:00]Bu tip hallar açığı qaydalarda təsdiq olunmayıb. Amma yenə də bu halın keçməsi, bu halın yumşaldılması, bu halın aradan qaldırılması üçün addım atan tərəf təhsil müəssisəsi olmalıdır. Bu sırf təhsil müəssisəsi tərəfindən həll olunan məsələdir. Əgər tələbənin kəsri varsa bu birmənalıdır. Yəni biz bunu belə qəbul edirik. Lakin universitet yəni və yaxud da ki, təhsil müəssisəsi deyək, təhsil müəssisəsi bu tələbəyə humanist yanaşıb hansısa bir addım atırsa, artıq onun kəsrinin olmadığı və yaxud da standart kredit üçün balının yəni rəsmiləşdirilməsi tərəfinə baxsaq, rəsmiləşməsi 71 üzərindədirsə və yaxud da sosial növ kredit üçün tələbənin kəsri yoxmuş kimi qəbul olunub rəsmiləşdirilirsə, biz artıq burda tərəf deyilik. Yəni bizim sistem sırf məlumata baxır. Siz statistikaya toxundunuz və göründüyü kimi xeyli tələbəyə artıq təhsil tələbə krediti verilib. Sualım ondan ibarətdir ki, bəs bu kreditlərin qaytarılması statistikası necədir? Ümumiyyətlə tələbələr vaxtında və qoyulan faiz dərəcələri ilə qaytara bilirlərmi? Təbii ki, mən sizin diqqətinizə bir sıra statistikalar çatdırım. Ümumiyyətlə biz bayaq qeyd elədik ki, 45000-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilibdir. Təbiidir ki, bu ötən tədris illərinin sonlarında məzun olan tələbələrimiz mövcuddur. Bu tələbələrin də içərisində artıq güzəşt dövrü ərzində əmək fəaliyyəti aşkara çıxardılanlar olub.
[16:40]Yəni elektron sistem onların əmək fəaliyyətinin olub-olmamasını dövrü olaraq yoxlayır həmin güzəşt vaxtlarında. Əgər əmək fəaliyyəti aşkar olunarsa geriödəmə dövrü başladılır. Eyni zamanda da misal üçün 21-22-ci sonlarında məzun olan tələbələrimiz, kredit alıb məzun olan tələbələrimiz artıq iki il güzəşt dövrünü bitiriblər və 24-cü yayı aylarıda geriödəmə dövrünə başlayıblar. Bu hallar da var. Təbiidir ki, burda bir sıra geri ödənilən vəsaitlərdən də biz danışa bilərik. Amma ilk öncə qeyd eləmək istəyərdim ki, hal-hazırda sistemdə 15000 ətrafında müqavilə, yəni hardasa 7000 ətrafında tələbə deməkdir bu. 15000 ətrafında müqavilə məzun olmuş tələbələrin müqaviləsi mövcuddur. 8000-dən çox müqavilə üzrə geriödəmə dövrü başladılıb, yerdə qalan hissəsi isə güzəşt dövründədir hal-hazırda. 1000000-dan çox vəsait artıq geri ödənilibdir. Hardasa bir 1.3, 1.400.000 ətrafında belə bir vəsait geri ödəmə həyata keçirilib ki, bu artan dinamika ilə davam edir. Çünki geri ödəmə dövrü başlayan tələbələrimizin sayı get-gedə artmaqdadır, hansı ki, əmək fəaliyyəti aşkar olunur, iki il güzəşt dövrü bitir. Artıq get-gedə dinamika artacaq burda geri ödənilən vəsaitlərlə bağlı. Amma təbiidir ki, bu kreditlərin verilməsi həyata keçirilirsə, burda geri ödəməklə bağlı problemlərlə də rastlaşılacaqdır. Kİ, hal-hazırda sistemdə geriödəməsi ilə bağlı gecikmələr qeydə alınan tələbələr də mövcuddur. Bununla bağlı da müvafiq işlər aparılır. Yəqin ki, daha yaxşı nəticə almaq üçün bu tələbələrlə, bu vətəndaşlarla işlərimizi davam elətdirəcəyik. Bəs Bəhruz müəllim, tələbənin iş imkanları olmasa, yəni işlə təmin olunmazsa və yaxud da ki, bir bədbəxt hadisə baş verərsə, tələbə vəfat edərsə bitirəndən sonra, o halda kreditlərin taleyi necə olacaq? İlk öncə tələbənin hansısa bədbəxt hadisəyə başına həmin hadisənin gəlməsi və yaxud da ki, təbii ki, bütün tələbələrimizin canı sağ olsun. İlk öncə onu diləyək. Təbii ki, belə bir hal baş verərsə, fond bundan sığortalanıb. Yəni həm vəsait riskindən ilk öncə həm tələbəni, həm özünü sığortalayıb. Hansı ki, tələbə müqavilələri bağlanarkən kredit müqavilələri bağlanarkən eyni zamanda həm vəsaitin sığortalanması müqaviləsi bağlanılır. Və bu nəticə etibarilə kredit aldıqdan sonra tələbənin başına hər hansısa bir hadisə gələrsə, orqanizm funksiyalarının pozulması zamanı, bildiyiniz kimi 31-60, 61-80, 81-100 köhnə adla desək, birinci, ikinci, üçüncü qruplar. Və bu zaman daha sonradan qazanılmış əlillik hallarına görə sığorta vəsaitinin ödənişini həyata keçirir. Eyni zamanda tələbəmizin həyatını itirməsi hallarında vəsaitin bağlanması sığorta tərəfindən, yəni həyata keçirilir. Bu risk sığorta hissəyə transfer olunub. Yerdə qaldı tələbələrimizin iş imkanları ilə bağlı. Bu təbii ki, fondun mandatına aid olan məsələ deyil eyni zamanda. Amma bu o demək deyil ki, fond bu məsələ ilə heç maraqlanmır. Biz Təhsil Tələbə Kredit Fondu olaraq təhsil kreditlərinin verilməsini həyata keçirməklə onun təbliğat və təşviqat işlərini həyata keçirməklə yanaşı eyni zamanda biz öz qarşımıza bir məqsəd qoyduq və fikirləşdik ki, Təhsil Tələbə Kredit Fondu tələbələrimizin bilik bacarıqlarının artırılması, eyni zamanda əmək bazarına inteqrasiya olunması, hansı ki işlə təmin olunması istiqamətində də bir sıra dəstək göstərmək üçün öz qarşısına hədəflər qoymalıdı və bunları icra etməlidir və tələbələrimizə dəstək olmalıdır. Hansı ki, 2023-cü ildə artıq biz fondun strukturuna işə götürənlərlə iş və innovativ layihələr şöbəsi əlavə etdik.
[20:38]Bu şöbənin əsas fəaliyyəti nədən ibarətdir? Nəyə fokuslanır? Tələbələrimizin təlim və təcrübə proqramlarına qoşulmasına dəstək olmaq. Eyni zamanda onların bilik bacarıqlarını artırmaq, qeyd elədiyimiz kimi və işə götürənlərlə tələbə arasında körpü rolunu oynamaq. Hansı ki, tələbəmiz var, işə ehtiyacı var, təlimə ehtiyacı var, təcrübəyə ehtiyacı var. Biz həmin işə götürənlərlə tələbə arasında bu körpü rolunu oynayırıq. Hansı ki, biz bir çox həm dövlət, həm özəl qurumlarla əməkdaşlıqlar edirik. Rəsmi əməkdaşlıqlardır. Bunlar memorandum əsasında fəaliyyətimizi, əməkdaşlıq fəaliyyətimizi qurmuşuq və sıx əlaqədə olmağa çalışırıq bu qurumlarla. Onların vakansiyaları, onların təlim proqramları, təcrübə proqramları və bu tələbələri də bayaq qeyd elədiyimiz kimi müvafiq istiqamətlərdə yönləndirərək həm onların gələcəkdə əmək bazarına sağlam, rəqabət qabiliyyətli inteqrasiyasını etmiş olacağıq, həm də ki, eyni zamanda dövlət vəsaitinin geri qaytarılmasına dəstək olmuş olacağıq. Bəhruz müəllim, cəmiyyət tərəfindən müxtəlif təkliflər səsləndirilir. Xüsusən də bilirsiz ki, hazırda tələbələrin böyük əksəriyyəti yataqxana və yaxud da kirayələrdə qalırlar. Bununla bağlı real iş görmək olar. Məsələn, tələbələrin yataqxana xərclərini və yaxud da ki, yemək xərclərini, ondan əlavə hər hansı təlimə cəlb olunması, dil kursları. Bu istiqamətdə Təhsil Tələbə Kredit Fondunun hansısa bir işləri görməsi real görünə bilərmi? Deməli, qeyd elədiyiniz kimi buna biz belə baxaq. Tələbələrimizin digər xərcləri, hansı ki, burda yataqxana xərcləri, transport xərcləri, qidalanma xərcləri, kitab və sair kimi hansı ki, texniki resursların və yaxud da hansısa bir digər vasitələrin əldə olunması ilə bağlı olan tələblər, xərclər. Bu təbii ki, bizim cəmiyyətdə hal-hazırda böyük bir tələbə çevrilib və onlar tərəfdən bizim fəaliyyət dövrümüzdə də vətəndaşlardan, valideynlərdən, həm tələbələrin özlərindən, təhsil müəssisələrindən də belə təkliflər və belə deyək, əslində almışıq. Bəzən ekspertlər də bunu dilə gətirir, təhsil ekspertləri də dilə gətirir. Amma bu təbii ki, fondun yaradılmasında təhsil kreditlərinin verilməsinə dair cənab prezidentin fərmanı və nizamnaməmizdən irəli gələn tələblər var. Lakin biz bu barədə ola bilər ki, gələcəkdə düşünək. Hansı ki, eyni zamanda bu kreditlərin verilməsi üçün də bildiyiniz kimi müəyyən qədər vəsaitin əldə olunması lazımdır. Bunu yüksək rəhbərlik qarşısında müzakirəsi olunmalıdır. Eyni zamanda hökumət qarşısında bu müzakirə olunmalıdır, təkliflər çıxarılmalıdır, təhlillər aparılmalıdır, həm statistik təhlillər, həm müəyyən proqnozlar həyata keçirilməlidir və bunun nəticəsində hökumət qarşısına qoyulmalıdır. Və bu qərarı verən təbii ki, dövlət belə deyək, yüksək rəhbərliyindən olan şəxslərin və yaxud da dövlətin siyasətindən asılı olan məsələlərdir bunlar. Amma ola bilər ki, gələcəkdə bu istiqamətdə işlər görülsün. Və yenə də qeyd eləyirəm, biz fond olaraq bu istiqamətdə ola bilər ki, gələcəkdə işlər aparaq. Amma hal-hazırda hər hansı bir təhlil və yaxud da əldə olunmuş bir qərar yoxdur. Yəni. Bəhruz müəllim, kredit məsələsi birmənalı cəmiyyətimizdə qarşılanmır. Adətən bunu bank kreditlərlə qarışıq salırlar. Mən düşünürəm ki, Tələbə Təhsil Fondu kimi daha alternativ olardı. Bu da kredit məsələsini cəmiyyətə izah etmək də müəyyən qədər düşünürəm ki, sizin də, fondun da qarşısında çətindir.
[24:33]Amma halbuki bu daha çox insanların belə deyək də, həssas qrup olsun və yaxud da az təminatlı ailələrin tələbələrinin təhsilə əlçatanlığını təmin etməkdir. Bununla bağlı çətinlik yaşamırsınızmı kredit məsələsi ilə bağlı? Təbii ki, təbii ki. Qeyd elədiyiniz kimi yəni vətəndaş cəmiyyət bunu birmənalı qarşılamır. Yəni kredit sözü gələndə ilk öncə vətəndaşlarımızda bu qorxu hissi, hansı ki, yüksək faizlər, dərhal geri ödəmə, hansı ki, zamin, girov məsələləri. Təbiidir ki, fondun fəaliyyətə başladığı gündən bu günə baxsaq, ilk semestrdən bu semestrə qədər hər semestr tələbə müraciətində və rəsmiləşmə sayında ciddi artımlar müşahidə olunur. Bu bu təbiidir ki, vətəndaşlarımızın, cəmiyyətimizin daha çox maarifləndirilməsi ilə bu başa gəlir.
[25:34]Biz fond olaraq hər il ən azı iki dəfə regionlarımızı gəzirik, bütün Azərbaycan hüdudları çərçivəsində.
[25:47]Həm regionlarda, həm şəhərlərimizdə belə deyək, həm ali təhsil, həm orta ixtisas, həm peşə, həm də ki, bildiyiniz kimi bizim benefisarlarımızdan biri də abituriyentlərdir. Təbii ki, gələcəkdə onlar da təhsil yuxarı təhsildə təhsil almaq fikrində olan tələbələrimiz abituriyentlərimiz, onlarla da görüşlər keçirdirik və fondun təbliğat və təşviqat işlərini həyata keçirdirik. Və bu görüşlərdə biz müvafiq olaraq fond barədə məlumatlar təqdim edirik. Bəzən ixtisas seçimi barədə də onlara dəstək göstəririk və sair kimi, maarifləndirmə işləri aparırıq. Eyni zamanda təbii ki, sosial media sferasında da biz bunları həyata keçirdirik. TV, radio məkanında, çöl reklamları və sair kimi bu işlər görülüb və daha çox vətəndaşlarımızın aydınlanması, maariflənməsi və fond barədə daha yaxşı məlumatlı olması və bu imkanların nə dərəcədə yumşaq və yaxşı şərtlərlə olması barədə bir çox vasitələrlə, bir çox kanallarla onlara bu məlumatları ötürürük. Və qeyd elədiyimiz kimi, doğrudan da yəni hər semestrdən sonra vətəndaşlarımızın inamının artdığını və bu kreditlərin əslində bank kreditindən nə dərəcədə fərqli olması, nə dərəcədə yumşaq olması, nə dərəcədə yaxşı şərtlərlə və uzun dövrdə verilməsi artıq vətəndaşımıza aydın olub. Siz əgər bank krediti ilə bunu müqayisə etsəniz, özünüz görəcəksiniz ki, təhsil kreditində zamin və ya girov tələb olunmur. Yəni müştərək borcalan, zamin, girov tələb olunmur, valideynlərin heç bir halda məsuliyyət daşımır, tələbə yalnız özü məsuliyyət daşıyır və öz müqəddəratını öz əlindədir. Bu birinci məsələ. İkinci məsələ bank kreditlərdən fərqi aşağı faizlərlə verilir, 2 və 6 faizlə. Bilirsiniz ki, bank kreditlərində bu gün 12-13 faizdən aşağı kredit bu gün görə bilməzsiniz. Yəni uzunmüddətli kreditlərdən danışıram. Yəni bu qədər uzunmüddətli verilmir. İstehlak kreditləri, misal üçün və yaxud da mikro kreditlər. Hansı ki, təhsil krediti alan tələbə təhsil dövründə aldığı kreditə görə faiz hesablanmır, ondan geriödəmə tələb olunmur. Təhsilini bitirir, daha sonra ona iki il güzəşt müddəti veririk. Məzun olan tələbədən güzəşt müddəti dövründə heç bir geriödəmə tələb olunmur. Yenə də faiz hesablanmır. Yalnız o həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olarsa geri ödəmə dövrü başlayır, əgər faizi varsa faizi hesablanır. Lakin məzun olan tələbənin göstəricilərinə uyğun olaraq biz bayaq qeyd elədik ki, bir sıra güzəştlər tətbiq eləyirik. Əgər sosial kredit alan tələbə 71 bal və yuxarı toplayarsa həmin semestr üzrə alınmış vəsait gələcəkdə ona faizsiz olacaqdır. Əlaçı kimi bitirən sosial kredit alan tələbə gələcəkdə vəsaitin həm faizsiz olacaq, həm də 50 faizini bağışlayacağıq. Ödənişin 50 faizini. Bəli, bəli, vəsaitin ümumi aldığı kredit vəsaitinin 50 faizi bağışlanır sosialda əlaçı tələbələrə. Standartda əlaçı tələbələrə isə 25 faizi bağışlanır.
[28:54]Yəni 75 faizi qalır, 25 faizi silinir. Yəni həm də vəsait faizsiz olur əlaçı tələbələrimiz üçün təbii ki. Bundan əlavə qeyd elədiyimiz kimi çox bu uzun dövrü əhatə eləyir. Qeyd elədiyiniz və gördüyünüz kimi təhsil dövrü, iki il güzəşt dövrü. Sonra 10 il geri ödəmə dövrüdür burda, 120 ay bərabər hissələrə bölünərək qrafik formalaşdırılır və geri ödəmə dövrü həyata keçirdilir. Bununla da bitmir. Əgər bu geri ödəmə dövründə müəyyən hallar var ki, onlar həyatında baş verərsə tələbələrimizin, o zaman onlara əlavə olaraq möhlət dövrü veririk. Yəni bu da 2, 4 il, hətta daha çox da ola bilər. Hansı hallarda bunlar? Misal üçün geri ödəmə dövrü başlayıb və tələbəmiz daha yuxarı təhsil səviyyəsində təhsil almaq imkanını əldə etdi. Yəni magistratura təhsilinə başladı. Bakalavrda aldı krediti, geri ödəmə dövrü başlamışdı, güzəşt dövrü bitib. O master təhsili almaq fikrinə düşdü. Magistratura təhsilinə başladı və bu zaman artıq işləmirsə, ona möhlət dövrü verilir. Hərbi xidmətə getməsi möhlət dövrünə girir. Xanım tələbələrimiz məzun olduqdan sonra ailə həyatı qurur. Övlad dünyaya gətirmə dövrü var burda, uşağın anadan olması dövrü və yaxud da daha sonra üç yaşa qədər qulluq dövrü. Bax bunlar möhlət dövrünə girir. Məhbusluq halları var. Arzu olunan olmasa da təbii ki, bu da möhlət dövrünə girir. Birinci qrup əlillə qulluq eləyən tələbələrimiz ola bilər, hansı ki o təqaüd alırsa, prezident təqaüdü. O zaman onlara da möhlət dövrü verilir. Yəni bu da iki, dörd il, hətta daha çox da ola bilər. Və bu dövrdə də bayaq qeyd elədiyimiz kimi nə faiz hesablanır, nə də ki, geriödəmə tələb olunur. Və bu bütün tsikla baxsaq, yəni kreditin verilməsi və vəsaitin tam geri qaytarılması, möhləti, güzəşti hamısı içərisində hesablasaq, bu bakalavr tələbəsi üçün 20-22 il əhatə eləyir. Özünüz düşünün ki, biz deyirik ki, bu dövlətimizin qayğısıdır. Burda gəlir mənfəət düşüncəsi yoxdur. Çıxışımızın önündə onu dedik. Əgər bir vətəndaşımız üçün bu vəsait ayrılırsa, bu 20-22 il ərzində geri qayıdırsa və 2 və 6 faizlə simvolik faizləri deyək buna. Görün bu 20 il ərzində bu vəsait nə qədər inflyasiyaya uğrayır. Bu zaman gəlirdən və mənfəətdən söhbət gedə bilməz və bu dövlətin bu kredit yox, dövlətin təhsilə və tələbəyə, vətəndaşa qayğısıdır. Yəni bir sözlə, yəni bu, həqiqətən də qayğının bir nümunəsidir. Bəhruz müəllim, siz magistr təhsilinə toxundunuz. Fərz eləyək ki, tələbə dörd il bakalavr müddətində sizdən kredit götürdü. Hər şey qaydasındadır. Magistrdə gözlənilən balı topladı. O daha iki ildə sizdən kredit gətirə bilərmi? Əlbəttə, əlbəttə. Şərtləri ödəyirsə, təbii ki, qaydalar mümkün deyil. Qaydalar deyir ki, tələbələrimiz eyni təhsil səviyyəsi üzrə bir dəfə kreditdən istifadə eləyə bilərlər. Məqsədiniz daha çox kredit verməkdir, yoxsa səmərəli kredit verməkdir? Çox yaxşı sualdır. Əslində məqsədimiz ondan ibarətdir ki, təbii ki, səmərəli kredit verməkdir. Yəni kəmiyyət yox, keyfiyyət məsələsi də var burda. Amma təhsil almaqda hamının haqqıdır.
[32:10]Yəni elə tələbələrimiz var ki, bəzi obyektiv səbəblərdən yaxşı bal toplaya bilmirlər Dövlət İmtahan Mərkəzində. Ya hazırlığa getməsi ola bilər, ya ucqar bir rayonda, kənddə yaşayır və burda hansısa bir təhsil məktəbində hansısa istiqamətdə bir zəiflik yaşayır. O müəllim misal üçün fizika, kimya, hansısa bir digər fənn üzrə orda müəllim çatışmamazlığı ola bilər, hansısa digər bir səbəbdən və yaxud da onun yolu çətindir və yaxud da onun sağlamlıq imkanları buna imkan verməyə bilər bəzən və nəticə etibarilə dövlət imtahan mərkəzinin keçirdiyi imtahanda yəni qəbul imtahanında deyək, aşağı nəticə göstərir. Amma bu uşağın potensialından xəbər vermir. Əslində bu uşaq oxuduğu təqdirdə müəyyən imkanlar yaradılarsa, daha çox yaxşı nəticələr verə biləcək adamlar ola bilər. Daha çox yaxşı nəticə verə biləcək vətəndaşımız ola bilər. Ona görə də bəzən aşağı bal toplayan tələbələrə də kreditin ayrılması, yəni aşağı dediyimiz 250-dir misal üçün bakalavrda. Həmin tələbələrimizin də təhsilə çıxış imkanı olduqdan sonra görürük ki, onların təhsil dövrü boyunca göstəriciləri get-gedə artmaq, artan dinamika ilə davam eləyir və bu dövlətin ona yaratdığı şans olmuş olur. Bir məsələni də qeyd eləyim. Təhsil Tələbə Kredit Fondu Sosial Tədqiqatlar Mərkəzi ilə gördüyünüz və görəcəyiniz işlərin effektivliyi, eləcə də əlçatanlığı təhlil etmək üçün bir tədqiqat aparır. Bu tədqiqatdan sonra gözləntiləriniz necə olacaq? Yəni nələr gözləyirsiz ümumiyyətlə bu tədqiqatdan? Bundan sonra nələr var proqramda? Nələr düşünürsüz? Bəli, bəli. Bu ilin satınalma planına uyğun olaraq biz öz işlərimizi icra edirdik və nəticə etibarilə edirik təbii ki. Əsas istiqamətlərdən birisi də Məmnuniyyət sorğuların həyata keçirilməsi idi. Həmin sorğuların keçirilməsini qeyd elədiyiniz kimi sosial tədqiqatlar müəssisəsi artıq rəsmi olaraq udub və işin icrası ilə hal-hazırda məşğuldur.
[34:18]Bu bu həftənin sonuna düşünürəm ki, artıq nəticələr əlimizdə olacaq. Təbii ki, bu nəticələrə cari vaxt rejimində biz özümüz də nəzarət edirik. Hansı ki, həmin qurum ilə bizim ortaq bir müzakirəmiz oldu.
[34:36]Hansı ki, burda tələbə tələbəyə hazırlanan suallar, məzunlara hazırlanmış suallar, fokus qrupları üçün və təhsil ekspertləri üçün suallar hamısını müzakirə edib və peşəkar mütəxəssislərin köməyi ilə həm özümüzün bu fəaliyyəti daha yaxından bilməyimiz hansı harada tələbəni maraqlandıran məqamlar ola bilər, harda boşluqlar ola bilər, bunları nəzərə almaqla bir sıra suallar hazırlandı. Və bu bizə nə verəcək? Bu təbiidir ki, həm tələbənin, həm məzunun, tələbənin müraciət dövründə yaşadığı çətinliklərin nöqtələrini tapa bilərik, harda çətinliklər yaşayır. Mexanizmdə harda yumşalmaya getməliyik, proseslərdə və prosedurlarda, harda uyğunlaşmaya getməliyik. Əlavə olaraq qaydalarla bağlı, güzəşt dövrü, möhlət dövrü, bununla bağlı sosial statuslarla bağlı ola bilər, geri ödəmə dövrü ilə bağlı ola bilər. Elə elə təhsil kreditlərinin növləri üzrə faizlərlə bağlı ola bilər. Təhsil ekspertlərinin təklifləri, fokus qruplar tərəfindən gələn geri dönüşlər bizə təkliflər, rəylər. Bunların hamısı bizim üçün çox önəmlidir və bunlar nəticəsinə baxılacaq və təhlilin nəticəsinə baxılacaq. Yəni bir daha müzakirə olunacaq. Əslində təkrar təhlil olunacaq deyək və nəticələr qəbul olunacaq sonda. Çox gözəldir. Əslində yəni bunun ən azı cəmiyyətdə fonda qarşı olan münasibəti öyrənmək üçün çox alternativ bir vasitədir. Verilişimizin sonuna yaxınlaşırıq və Bəhruz müəllim, istərdik ki, sonda tələbələrin fondun təkliflərindən, kreditlərindən yararlanması üçün bir neçə cümlə bizim Xalq TV vasitəsilə çağırış eləyəsiniz. Təbiidir ki, burda təhsil kreditlərindən istifadə etmək, təhsil krediti olaraq təhsilini davam elətdirmək və yaxud da təhsil krediti alaraq təhsilinə başlamaq bu vətəndaşlarımızın öz qərar qəbul etmə haqqıdır.
[36:47]Burda bizə düşən dövlətimizin yaratdığı bu imkanı, fondun imkanlarını, fəaliyyəti ilə bağlı olan məsələləri onların diqqətinə çatdırmaqdır.
[37:55]Bizim çağrı mərkəzimiz fəaliyyət göstərir 146-5, internet informasiya resurslarımız var, həm portalımız eduaz müraciət portalı, eyni zamanda tkf.edu.az bizim rəsmi saytımız, əlavə olaraq sosial media ünvanlarımız. Bu vasitələrin hər biri ilə birbaşa bizə yaza bilər və yaxud da birbaşa zəng edə bilər. Qaranlıq qalan məqamlar soruşula bilər. Müraciət zamanı çətinlik varsa dəstək istənilə bilər. Yəni fondun kollektivi olaraq biz bunları etməyə hazırırıq. Hər zaman tələbələrimizə, vətəndaşlarımıza dəstək göstərmək üçün burdayıq. Bəhruz müəllim, vaxt ayırdığınız üçün, suallarımıza səmimi və geniş cavab verdiyiniz üçün təşəkkür edirəm. Hörmətli tamaşaçılar, qeyd etdiyimiz kimi qonağımız Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz müəllim Əzimov idi. Biz fondun fəaliyyəti barədə A-dan Z-yə qədər görülən işlər və bundan sonrakı planları barədə söhbət etdik. Növbəti verilişlərdə görüşənədək. Sağ olun!



