[0:07]Əziz bilicilər, bu dəfə sizlə Erkən Dövlət Qurumları, Tayfalar, Manna Dövlətini, həmçinin Azərbaycan 7-4-cü əsrlərdəki tarixini bir yerdə danışacağıq. Birinci növbədə qarşımızda olan Azərbaycanın xəritəsinə uyğun olaraq həmin tayfalar haqqında danışmalıyıq. Təssüf ki, Azərbaycanın Cənubunun xəritəsi yoxdur deyə Urmiya gölünün ətrafındakı tayfalardan danışa bilmirəm. Amma biz bilirik ki, məsələn, bizə orada deyir ki, Xəzərin sahil ərazilərində yaşayan tayfalar var idi. Kaspi tayfaları. İndi bu hissədə aşağıdadır, indi xəritəmiz çatmır o qədər. Qızılüzən çayının sahilində yaşayırdı Kaduslər. Məsələn, indiki Qarabağ ərazisinə təqribi yaşayan tayfalar Gərgər tayfaları idi. Sonra onların adı da dəyişir, olur Qarqarı tayfaları. Coğrafiyadan da məlumatınız var ki, Qarabağ ərazisində ən böyük çaylardan biri də Qarqarı çayıdır. Ona görə də onların adından götürdüyü ehtimal edilir. Bir də ki, Naxçıvan ərazisində yaşayan Nax tayfalarının adını çəkirik. Azərbaycanın Cənubunda Urmiya gölünün hövzəsində, Urmiya gölünün qərbində Quti tayfalarından danışırıq. Cənub-Cənub-Şərq ətəklərində yaşayırdı Lullubilər, Subi və Turukki tayfaları. Ümumiyyətlə biz Azərbaycanda, indi əslində bizim xəritəli işimiz qurtardı, bir də İskitlərdən danışanda müəyyən qədər burada danışacağıq. Vsyo. Ümumiyyətlə biz Azərbaycanda dövlət qurumlarından söhbət eləyəndə birinci növbədə Aratta dövlətinin adını çəkməliyik. Azərbaycanda yaranmış dövlət qurumlarından ilki Aratta dövləti idi. Amma biz indi proqramda Aratta dövlətinə keçmirik deyə onun haqqında geniş danışmırıq. Əsas danışdığımız Lullubilərin və Kutlilərin yaratdığı dövlətdir. Məsələn, onu qeyd eləyək adlarını. Lullubi və Kuti. Lullubilərdən nə danışmalıyıq? Ümumiyyətlə bu hər iki dövlət qurumunun özü də 3-cü min illiyin ikinci yarısında meydana gəlmişdi. Bu dövlət qurumlarından Lullubi dövlət qurumunu yaradan olmuşdu İmmaşkun. Amma ən qüdrətli hökmdarı olmuşdu Anubani. Anubaninin dövründə dövlətin sərhədi normal vaxtda, məsələn Urmiya gölünün cənubundan Diala çayına qədər idisə, Anubaninin dövründə deyir qeyd edilir ki, Urmiya gölündən İran körfəzinə qədər geniş ərazini əhatə eləmişdi. Məsələn, Lullubilərin məişət həyatı haqqında bizə məlumat verib ki, onlar Şumerlərlə yaxın ərazidə yerləşirdilər deyə, Şumerlərdən, məsələn, Mixi mədəniyyətini öyrənmişdilər. Eyni zamanda Lullubilərin yaşadığı ərazilərdə təbii sərvətlər olmuşdu deyə, istər məsələn Lapis satışı olsun, digər təbii sərvətlərlə alverlə məşğul idilər. Lullubi dövlət qurumu özü Akkadla mübarizə aparmışdı. Bax bayaqkı dərsdə də dedim. Lullubi və Kuti dövlət qurumlarının oxşar xüsusiyyəti Akkadlarla mübarizədir. Amma Akkadları hansı süquta uğradıb desə, deyəsiniz Kutilər süquta uğradıbdır. Məsələn Lullubi və Akkadların dörd dəfə hücumuna məruz qalıbdır. Onu biri uğurlu olsa da sonrakı üçü uğursuz olmuşdu. Lullubi dövlət qurumunda Anubaninin dövründə daş kitabə var idi. Onu Sarıqula abidəsi də adlandırırlar. Həmdə belə deyim ki, Qələbə sütunu da adlandırırlar ki, bu haqqında məlumat verir ki, həmin dövrün hökmdarın fəaliyyəti haqqında oradan məlumat götürə bilirik. Eyni zamanda Lullubi dövlət qurumunun, məsələn, təsərrüfat haqqında danışanda onlarda dəmyə əkinçilik mövcud idi. Maldarlıq yüksək inkişaf eləmişdi. Düzdür, bunlar qəbula çox düşən deyil, amma hər ehtimala deyirik, çünki kitabınızda var. Məsələn təsərrüfatlarla bərabər onların dini görüşləri də çoxallahlığa sitayiş eləyirdilər. Ay, məhəbbət, sonra ilahələrinə sitayiş eləyirdilər, bu kimi şeylər var idi Lullubi dövlət qurumlarında. 3-cü minilliyin sonlarına yaxın Lullubi dövlət qurumu süqut eləyir. 3-cü minilliyin ikinci yarısında həm də Kuti dövlət qurumu yaranmışdı. O Urmiya gölünün qərb ərazisində yaranmış, düz şeyə qədər uzanmışdı, İran körfəzinə qədər uzanmışdı. Biz bayaq dedik ki, Akkad dövlətini süqut uğratmışdı Kuti dövlət qurumu. Ümumiyyətlə Kutiləri adlandırırdılar Dağ əjdahaları. Dağ xalqları adlandırırdılar hansıları? Hurriləri. Dağ əjdahaları deyir öz ərazilərini genişləndirir, Mesopotamiyanı 100 il müddətinə idarə eləmişdilər. Amma Mesopotamiyada çox dəyişiklik eləməmişdilər. Onların çox dəyişiklik eləməməsinin nəticəsində Mesopotamiyadakı Şumer şəhər dövlətləri öz müstəqilliyini qoruyub saxlaya bilmişdi. Hətta deyir ki, bəzi mənbələr qeyd eləyir ki, Kutlərin özü Şumer şəhər dövlətlərinin himayədarı idi, yəni onlara belə deyim ki, imkan yaradırdılar ki, fəaliyyət göstərməyə. Kuti dövlət qurumlarına məsələn bizə iki dənə hökmdarın adı verilibdir. Birinci 23-cü əsrdə Lishirprin adı daşlar üzərində verilibdir. Bir də sonuncu hökmdarı olan Trikanın adı verilib ki, 40 gün hakimiyyətdə qalıb, onun üçün nəticəsində deviriblər. Bundan sonra Kuti dövlət qurumu da başa çatır. Ondan sonra keçirik bunların tayfalarına. Bax bayaq mən sual-cavab eləyəndə bir dənə cümlə dedim. Lullubi, Kuti, Su, Turukki tayfalarının oxşar xüsusiyyəti Aşşurla mübarizə idi. Çünki bax Kuti dövlət qurumunun süqutundan sonra Azərbaycanın cənub ərazisində vahid dövlət yox idi. Vahid dövlətin olmaması Aşşurun bura hücumu, belə deyim, asanlaşdırırdı. Aşşurlar bura hücum eləyəndə bu tayfalar ayrı-ayrılıqda mübarizə aparırdılar. Bax bizə desə ki, Lullubi dövlət qurumuna aiddir. Aşşurun hücumuna məruz qalması bu səhvdir. Çünki dövlət qurumu deyil idi Aşşurun hücumuna məruz qalan. Tayfası məruz qalmışdı. Eyni şey Kutiyə də aiddir. Orada diqqətli olmalıyıq. Amma bunlar məsələn özü ayrı-ayrılıqda mübarizə aparıb, düzdür yekunda qələbə qazana bilməyiblər, amma lazım gəlib ki, bunlar vahid dövlət yaratsınlar deyə. Bir də bu ərazidə yaşamış Turukkilərdən danışmalıyıq ki, onlar eradan əvvəl ikinci minillikdə güclü dövlət yaratdılar. Güclü dövlət deməyək, tayfa ittifaqı yaratdılar. Hətta o qədər güclü idi ki, onlar deyir Aşşurun Şuşa vilayətini ələ keçirmişdilər. Bir də Babilistanda hökmdar Hammurabinin dövründə Aşşur ərazisi Babilistan ərazisində də yayılıb məskunlaşmışdılar. Sonra yəni ümumiyyətlə ikinci minilliyin sonu, birinci minillik dövrü Azərbaycanın Xüsusi olaraq Cənubi Azərbaycan belə xarakterizə olunur ki, bu ərazidə vahid dövlət yox idi. Bu da kənardan olan hücumları asanlaşdırırdı. Bununla bağlı əlimizdə verdiyim testinizin içindədir, bir neçə dənə test var. İndi başlayırıq Manna dövlətinə. Manna dövləti ümumiyyətlə bayaq axırıncı sözün nə dedim? Dedim ki, 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərində Azərbaycanın Cənubunda müxtəlif tayfalar var idi deyə, vahid dövlətin olmaması xarici hücumların bura asanlaşdırırdı. İndi bizə nə lazım imiş demə? Vahid dövlət. İndi bu vahid dövlətin özü, yəni söhbət Manna dövlətindən gedir, eradan əvvəl 9-cu əsrdə yarandı. 9-cu əsrdə nə meydana gəldi? Manna dövləti meydana gəldi. Bir vacib və diqqət eləməli olduğumuz məqam odur ki, Manna dövlətinin yaradıcısının adı bizə mənbələrdə verilmir. Bax bizə ümumiyyətlə bura sırra eləyəcəm indi Manna ümumiyyətlə hökmdarların hansı hökmdarların adı verilib, onları sıralayıb onlar haqqında danışacam indi. Məsələn, biz dedik ki, bayaq vurğulaya-vurğulaya qeyd elədim ki, bizə məlum olan, yəni mənbələrdə adını oxuduğumuz ilk Manna hökmdarı Udakidir. Amma bu o demək deyil ki, Manna dövlətini Udaki yaratmışdı. Səndən soruşsa ki, Manna dövlətini kim yaradıb? Deyəsən bilmirik. Bizə adı gəlib çatmayıbdır. Bəs bizim bizə adı gəlib çatmış ilk hökmdarı kimdir? Udakidir. Udaki eradan əvvəl 829-cu ildə Aşşur hökmdarı Aşşur hökmdarının yazdığı mənbələrdə Udakinin adını oxumuşuq biz. Udakin fəaliyyətindən sonra bizə ən lazım olan və ən qüdrətli hökmdarı İranzudur. Bax ümumiyyətlə İranzu, Aza və Ullusunun oxşar xüsusiyyəti eradan əvvəl 8-ci əsrdə hakimiyyətdə olmaqlarıdır. Məsələn, bunların hamısının normalda hakimiyyət illərini yazmalıyıq da. Məsələn, birinci danışmağa başlayırıq İranzunun fəaliyyətindən. Dedi ki, İranzu eradan əvvəl 740-718-ci illərdə hakimiyyətdə olmuşdu. İranzunun əsas məqsədi iki dənə idi. Bir daxili məqsədi var idi, bir də xarici məqsədi var idi. Daxili məqsədi o idi ki, ölkədəki belə deyim pərakəndə halda olan vilayətləri mərkəzi birləşdirsin və vahid dövlət, mərkəzləşmiş dövlət yaratsın. Xarici məqsədi o idi ki, ölkəni güclü dövlətlərin hücumundan qorusun. Onun dövründə ümumiyyətlə bax kitabda deyir ki, 9-cu əsrin sonlarından etibarən Manna dövlətinin ərazisinə Aşşurun və Urartu dövlətinin hücumları başlayır. Bax əslində 829-cu ildə məsələn o deyir hücum eləyib, amma dağıntı haqqında məlumat vermir 3-cü Salmanasarın abidəsində. İranzunun dövründə İranzu deyir ölkəni Urartu təhlükəsindən qorumaq məqsədi ilə gedir Aşşurla ittifaq bağlayır. Əslində Aşşurdan asılılığı qəbul eləyir ki, Urartu onun üzərinə hücum eləyə bilməsin. Bax İranzunun dövründə Urartu dövlətinin hökmdarı birinci Rusə əvvəlcə məsələn deyim, birbaşa hücum eləyib Mannanın bəzi ərazilərini ələ keçirmişdi. Bir müddət sonra bu, məsələn, eradan əvvəl 735-ci ildə Aşşur hökmdarı ikinci Sarqon hücum eləyib onu məğlub eləyir. Ondan sonra deyir birbaşa hücumdan çəkinir və Mannanın daxilindəki vilayətləri mərkəzi hakimiyyətə qarşı qaldırmağa başlayır. Və bunların nəticəsində 719-cu ildə Mannanın Şuangdaxul və Durdukqa vilayətlərində İranzuya qarşı üsyan baş verir. Üsyanı yatırmaq üçün ikinci Sarqon köməyə gəlir. İkinci Sarqon Aşşur hökmdarıdır. İkinci Sarqonun köməyi nəticəsində bu üsyan yatırılır və ondan sonra həmin deyir ki, ikinci Sarqon deyir ki, o əraziləri qaytarır İranzuya. Oranın üsyancı əhalisini köçürüb aparır öz ərazilərinə. Bax, bizə üst-üstə düşürüb səni çaşdıra bilər. Məsələn, bizə deyə bilər ki, məsələn Şuangdaxul və Durdukqa üsyanı nəticəsində ikinci Sarqon İranzunu hakimiyyətdən devrildi. Sən də deyərsən ki, Şuangdaxul, Durdukqa 719-dur, İranzunun hakimiyyəti də 719-da elə adam çaşa bilər. Amma İranzu ondan sonra vəfat eləyibdir, yəni ona dəxli yox idi. İranzunun ölümündən sonra hakimiyyətə onun böyük oğlu Aza gəlir. Bax Azanın özü Aşşur dövləti ilə müttəfiq siyasət yürüdürdü. Ümumiyyətlə gəl Aşşur dövlətinə müttəfiq siyasət yürütmüşlərin adını çəkək. İranzu, Aza, Ahşeri. Ullusunu müttəfiq siyasəti pozur, amma sonra təzədən bərpa eləyir. Ahşeri müttəfiq siyasət yürütmür, müstəqil siyasət yürüdür. Ualli də müttəfiq siyasəti bərpa eləyir. Bax sənə desə ki, kimlər pozmuşdu Aşşurla? Ullusunu ilə Ahşeri, bu ikisi pozubdur. Bəs kimlər bərpa eləyib desə, yenə Ullusunu ilə Uallini deyərsən bu dəfə. İndi hamısını ayrı-ayrı deyəcəm, sadəcə ümumiləşdirmə eləyirəm də. Bax İranzu ilə həm Azanın, həm Ullusunun oxşar xüsusiyyəti, bura Ahşerini də aid eləyə bilərik ki, ona qarşı üsyanlar baş vermişdi. Məsələn, bax İranzunun hakimiyyəti getdi gəldi Azanın. İki il hakimiyyətdə olmuşdu. Onun dövründə deyir ki, Aşşurmeyli vilayətlərin başçıları ona qarşı, belə deyim ki, sui-qəsd hazırlayır və 716-cı ildə sui-qəsd nəticəsində öldürülür Aza. Öldürülməyindən sonra avtomatik hakimiyyətə qardaşı gəlir. Ümumiyyətlə, bax 8-ci əsr, görürsən, bunların hamısı 8-dədir, düzdür? Bura təqribi bunun da yarısı da 8-ci əsrə düşür. Ümumiyyətlə 8-ci əsrdən etibarən Mannada hakimiyyət mütləq monarxiyaya çevrilir. Monarxiya nədir? Atadan-oğula keçir, oğul yoxdursa atadan qardaşa keçir. Bu şəkildə irəliləyir. Bax İranzunun dövründən etibarən, indi bizə deyə bilər ki, məsələn, Manna dövlətin 9-cu əsr tarixinə aiddir. Hakimiyyət irsən keçməyə başlayır. Bu səhvdir. İrsən keçməyə başlaması 8-ci əsrdir, monarxiyanın yaranması ilədir. Ullusunu hakimiyyətə gəlir. Bunu hakimiyyətə gətirən birinci Rusadır, Urartu hökmdarı. O da ona sadiq qalmaq üçün məcburiyyətdən onunla müttəfiq siyasət yürüdür də. Bu, belə olduğu təqdirdə avtomatik o Aşşurla əlaqəsini kəsmiş olur. Və ona görə də Aşşur hökmdarı Ullusunun üzərinə yürüş eləyir. Nə vaxt yürüş eləyir? Eradan əvvəl 716-cı ildə. Və bu yürüşün nəticəsində Aşşur hökmdarı Mannanın paytaxtı İzirtu şəhərini tutub dağıdır. Bax burada da bir dənə şey qeyd eləməliyik ki, Manna dövlətinin paytaxtı hansı şəhər olmuşdu? İzirtu şəhəri olmuşdu. İzirtunu tutub dağıdır. Ümumiyyətlə İzirtu şəhərinin dağıdılması iki dəfə baş veribdir. Bir eradan əvvəl 716-da baş veribdir. Bir də eradan əvvəl 650-ci ildə. Bax bu dediyim cümlələrin hamısı bir test sualıdır. 716 və 650-ci illərin oxşar xüsusiyyəti nədir? Paytaxt İzirtu şəhərinin Aşşurlar tərəfindən dağıdılması. Ullusunun, Ahşerinin oxşar xüsusiyyəti nədir? İkisi də Aşşurla pozubdur, onunla bərabər ikisi də Aşşur hökmdarının yürüşünə məruz qalıbdır. Sadəcə diqqətli olmalı olduğumuz məqam nədir? 716-da bunların üzərinə, Ullusunun üzərinə hücum eləyən Aşşur hökmdarı ikinci Sarqon idi. Amma 650-də Ahşerinin üzərinə hücum eləyən Aşşurbanipal idi. Birdən sənə bax belə sual sala bilərlərdi, məsələn, eradan əvvəl 650-ci ildə Aşşur hökmdarı ikinci Sarqon Mannaya yürüş elədi. Ya İzirtu şəhərini dağıtdı. Sən görəsən ki, 650-də yürüş var və İzirtu dağıdılıb, düzdür? Amma orada diqqətli olmalısan ki, burada şəhri dağılan ikinci Sarqon deyil idi, Aşşurbanipal idi. Ullusunun fəaliyyətindən danışanda 716-da deyir yürüş eləyir. İkinci Sarqon, belə deyim ki, bunu bağışlayır və yenidən hakimiyyətə gətirir. Ondan sonra buna qarşı ölkə daxilində yeni üsyanlar baş verir. İkinci Sarqon sonra 715-ci ildə hücum eləyib birinci Rusanı məğlub eləyir, Urartu hökmdarı. Birinci Rusanın döyüşün nəticəsində deyir birinci Rusa məğlub olur. Özünü öldürür, indi onu əvvəlki video izahatda tayfası demişdim ki. Dərs izahlarında deyirəm ki, ikinci Rusa şey, birinci Rusa özünü güllə ilə vurur. Birdən indi danışıram, uşaqlardan biri də görürəm belə qaşını çatıb fikirləşir. Qayıdıb belə: müəllim. Deyirəm nədir? Müəllim o dövrdə deyir güllə var idi. Deyirəm bala, sən bu məqama qədər nətər gəlib çatmışdın? Sən itirib batırsan ey buralarda. Sən get Amerikaya bala. Get Elon Muskla görüş. Get Mark Zuckerberg ilə görüş. Sən itirib batırsan buralarda. Bunlar arasında bir dənə də müqavilə imzalanır. Sirdakka müqaviləsi. Sirdakka müqaviləsi nə vaxt imzalanmışdı? Eradan əvvəl 714-cü ildə. Sirdakka müqaviləsinin iki dənə şərti var idi. Şərtin biri o idi ki, Mannalılar Aşşurlara xərac verməli idi, pul verməli idi. Bunun qarşı-qarşısında da həm işğal olunmuş vilayətləri geri qaytaracaqdı Aşşurlar. Həm də ki, ümumiyyətlə Mannaya kimsə hücum eləsə, onun elə bil ki, qarşısını alacaqdı. Və bir də 714-cü ildə ikinci Sarqonun Manna dövləti ərazisinə üçüncü yürüşü var. Bax birinci yürüş nə vaxtdır? 719. İkinci yürüş 716, üçüncü yürüş 714. 714 yürüşünə bəzən böyük yürüş də deyirlər. Üç dənə məqsədi var, əzbər bilməliyik. Məqsədin biri o idi ki, Manna dövlətində belə deyim ki, onun öz ərazi, o ərazilərdə öz dövlətinin nüfuzunu artırmaq, sərhədləri möhkəmləndirmək. Mannaya Urartu, Mannanın Urartu təcavüzünə məruz qalmasını tamamilə qarşısını almaq. Bir də ki, bu ərazilərdən, çünki tək Mannaya yürüş eləməyib də, Midiya torpağına da yürüş eləyib o. Bu ərazilərdən ölkəsinə gələn, belə deyim, xəracın daimliyini təmin eləmək. Yəni yürüş eləyir, hamısını məğlub eləyir ki, birdən orada kimsə pul vermək istəməz, həmin adam təzədən pulunu ödəsin vaxtı-vaxtında. Və Ullusunun ölümündən sonra 675-də Ahşeri hakimiyyətə gəlib. Mannanın müstəqil siyasət yürüdən hökmdarı Ahşeri idi. Ahşeri bəs sənə sual verə bilər ki, nədən cəsarətlənib müstəqil siyasət yürüdürdü? Bu dövrdə İskitlər hücum eləmişdi, hücum eləməmişdi də, belə yürüş eləmişdi bu ərazilərə, indi bir dərs sonra onunla danışacam. Və Ahşeri deyir İskitlərlə müttəfiq olur. Hətta deyir ki, Midiyalıların üsyanına da kömək göndərir ki, Aşşurlara qarşı baş vermişdi. Bu kimi hadisələr onu göstərir ki, Ahşeri müstəqil siyasət yürüdürdü. Və bundan da kim əsəbləşmişdi? Aşşurbanipal. Nə zaman yürüş eləmişdi? 650-ci ildə. Hansı şəhri dağıtmışdı? İzirtu şəhrini.
[16:16]İranzu ilə İzirtu çalış qarışdırma. Uşaqların çoxu qarışdırır onu. İranzu hökmdardır, İzirtu şəhərdir, paytaxt şəhər. Bax bayaq dedim. Aşşurbanipal 650-ci ildə yürüş eləyir, İzirtu şəhərini dağıdır. Aşşurbanipal İzirtu şəhərini dağıtmazdan əvvəl orada bir dənə cümlə də qeyd eləyir ki, İskitlərin bitərəfliyinə nail olandan sonra gəlib bura hücum eləyir. Çünki Ahşeri İskitlərlə müttəfiq idi axı. Onlara hücum eləmək təhlükəsi var idi də. Ona görə birinci onları bitərəf eləyir, sonra bu əraziyə hücum eləyir. Və bunun ardınca bir dənə də hə, burada nəyə diqqət eləməli olduğumuz məqam var? Bax Ahşerinin hakimiyyətinin bitişinə bax, 650-dir. Və Aşşurbanipalın hücumu da 650. Bu bayaqkı kimi bizi çaşdıra bilər. Biz elə bilərik ki, və testdə də həqiqətən belə bir şey salıblar. Deyirlər ki, Aşşurbanipalın hücumunun nəticəsində Ahşeri hakimiyyətdən devrilir. Elə deyil. Aşşurbanipal çıxır gedir. Ondan sonra deyir yerli insanlar bundan narazı idilər deyə üsyan eləyirlər. Üsyanın nəticəsində devrilirlər 650-ci ildə Mannanı. Bax üsyan olması həm İranzuyu, Azanı, Ullusunu, Ahşeri, bunların oxşar xüsusiyyətidir ki, bunlara qarşı dövlətdə üsyan baş vermişdi. Onun ölümündən sonra da 650-də Uallini hakimiyyətə gətirirlər. Ualli isə Aşşurla müttəfiq siyasət yürüdür. Başa düşdün? Bax Aşşurla müttəfiq siyasət yürüdür. Və Ualli də, uşaqların çoxu bir də belə çaşdırır, burada da ilişdirici məqam sala bilərlər. Mannanın son hökmdarı kimdir? Səhvdir. Bilinmir. Ualli nə vaxt hakimiyyəti bitibdir? Manna dövləti süqut eləyib amma 590-da. Eradan əvvəl. Görürsən? Uşaqların çoxu belə çaşdırır. Bizə verilən son hökmdarı Uallidir. Növbəti hökmdarlar Udaki. Amma son hökmdarı Ualli deyil. Başa düşdün? Uallinin dövründə mən nə dedim? Dedim müttəfiq siyasətin bərpa eləyir. Yenə yəni dostluq siyasəti yürüdür. İndi deyir ki, o dövrdə indi bu dövrdə Midiya dövləti ilə Babil dövləti güclənirdi. Aşşur dövləti zəifləyirdi. Manna da Aşşurun dostu idi. Mannanın deyir o dövrdə bir səhv siyasəti olur ki, zəifləməkdə olan Aşşur dövləti ilə dostluq eləyir deyə, bu da Midiyanın əsəbinə, elə bil ki, əsəbini pozurdu baş söndü. Və ona görə də 590-cı ildə Midiya dövləti Mannanı süquta uğradır. Bu Mannanın siyasi hakimiyyətidir. Dedik Manna dövləti 590-cı ildə Midiya tərəfindən süqut uğradılmışdı. İndi Mannanın təsərrüfat həyatından danışıram. Mannanın ən böyük vilayəti hansı vilayəti desə, deyərsən Zamua. Zamua vilayətini həm də Lullubilər ölkəsi adlandırırlar. Çünki Lullubilər əvvəllər orada yaşayırmış. Ondan sonra da Zamua adlandırıblar Lullubilər ölkəsi. Mannanın paytaxtı hansı şəhər oldu? İzirtu şəhəri oldu. Ən qüdrətli hökmdarı kim oldu? İranzu oldu. Bax belə-belə deyinən öyrəşdir özünü. Hə, sonra. Məsələn, Mannada, Mannalıların özləri Mixi yazını bilirdilər. Bax bilirdilər deyirəm, amma onların özü istifadə eləyirdi heroqlif yazıdan. Heroqlif yazıdan Dünyada kimlər istifadə eləmişdi? Misir, Çin, Manna. Ay sağ ol. Bunu Misirin içində demişdik, düzdür? Mannalılar heroqlif yazıdan istifadə eləmişlər. Sonra, əkinçilik, maldarlıqla məşğul oldular. Bunlar standart şeylərdir də. Ərazisində təbii sərvət çox idi deyə, elə bil ki, metal işləmə yaxşı inkişaf eləmişdi, sənətkarlıq yaxşı inkişaf eləmişdi. Və ümumiyyətlə Mannanın tarixi barədə iki dənə tapıntı üzərində fikir yürüdülür. Biri Həsənlidir, biri də Ziviyədir. Buralarda nə tapılmışdı? Onların adı vacibdir. Yəni onlar nədən məlumat veribdir də? Məsələn, Həsənlidə qızıl cam tapılıb. Qızıl cam birinci növbədə təbii sərvətdən istifadə edəndən xəbər verir. İkinci növbədə o camın üzərində şəkillər çəkilibdir də. Məsələn, ay Allah, onların o dövrdəki Allahların şəkli zad çəkilibdir. Bu Allahın şəklinin orada həkk olunması, bir neçə Allahın şəkilinin çəkilməsi çoxallahlıqdan məlumat verir. Eyni zamanda o Allahın şəklinin ora həkk olunması onların metal işləmə qabiliyyətinin yüksək olduğundan məlumat verir. Məsələn, Həsənlidə eyni zamanda küplər tapılıb, dibində də üzüm şeyləri, çərdəkləri. Bu onlarda şərabçılığın olduğundan məlumat verir. Toxuculuq qalıqları tapılıb. Dəmir şeydə parça qalıqları. Parça qalıqları da bunlarda toxuculuğun olduğundan məlumat verir. Başa düşdün? Ziviyə ərazisində də riton deyilən qədəhlər aşkar olunubdur. Qızıl-gümüş, gümüş qədəhlər. Ümumiyyətlə ritonlardan həm də Romada istifadə olunubdur. Bu da ortaq xüsusiyyət kimi düşə bilər haradasa. Və Manna dövləti yekunda 590-cı ildə süquta uğrayır.



